525.Az

Silahlı Qüvvələr Günü münasibətilə İstiqlal Muzeyinə virtual ekskursiya təşkil edildi


 

Silahlı Qüvvələr Günü münasibətilə İstiqlal Muzeyinə virtual ekskursiya təşkil edildi<b style="color:red"></b>

F.Köçərli adına Respublika Uşaq Kitabxanası məktəblilərin iştirakı ilə 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan İstiqlal Muzeyinə virtual ekskursiya təşkil etdi.

525.az xəbər verir ki, layihənin əsas məqsədi uşaqlarda hərbi vətənpərvərlik ruhunun yüksəltmək, milli həmrəylik və qəhrəmanlıq kimi ülvi hisslərin aşılamaqdır.

Zoom platforması üzərindən reallaşan virtual ekskursiyada Bakı şəhəri 95 saylı tam orta məktəbin şagirdləri iştirak etdilər.

Görüş çərçivəsində  bələdçi məktəblilərə muzeyin zallarında nümayiş olunan Azərbaycan Respublikasının Dövlət atributlarına, xanlıqlar dövrünə, XIX əsrin sonu – XX əsrin əvvəllərində Şimali və Cənubi Azərbaycanda baş vermiş hadisələrə, Azərbaycanın repressiya və II Dünya Müharibəsi illərindəki tarixinə, Qarabağ müharibəsinə, 20 Yanvar faciəsinə və Respublikamızın Müstəqillik dövrünə həsr olunmuş eksponatlar  və "Silahlı Qüvvələr Günü"ilə əlaqədar olaraq Azərbaycan ordusunun qurucusu olan Səməd bəy Mehmandarov haqqında ətraflı məlumat verdi.

Muzeyin əməkdaşı muzeydə 20000 eksponat olduğunu və bura nadir sənədlər, fotoşəkillər, numizmatik kolleksiyalar, bədii əsərlər və digər əşyalar daxil olduğunu qeyd etdi.

 

 





26.06.2021    çap et  çap et