525.Az

M.Ə.Rəsulzadənin Tiflisdə Zaqafqaziya Seymindəki çıxışları (davamı)


 

M.Ə.Rəsulzadənin Tiflisdə Zaqafqaziya Seymindəki çıxışları <b style="color:red">(davamı)</b>

Məhəmməd Əmin Rəsulzadənin Əsərləri

V  cild

 (1918 – aprel 1920)

 

Araşdırıb toplayanı, ərəb əlifbasından latın  əlifbasına çevirəni, ön sözün müəllifi, lüğətin tərtibçisi Şirməmməd Hüseynov;

Transliterasiya redaktorları: professor  Şamil Vəliyev, elmi işçi Samir Xalidoğlu (Mirzəyev),

____________

18-
ci iclas. 17 mart 1918      

Sadaxlı hadisələrinin yolverilməz olması, Seymdəki bütün fraksiyaların bunu eyni dərəcədə pisləyəcəyi ilə bağlı iki fikir ola bilməz, amma bu, ilk belə hadisə deyil. Bu, çoxsaylı hadisələrdən biridir, onların haqqında burada xeyli danışılıb. Deyilib ki, bunlar bu ya digər partiyaların ümumi siyasətinin əlahiddə təzahürləridir. Menşeviklər partiyasının möhtərəm nümayəndəsi, hörmətli Sereteli öz nitqində sinfi maksimalizmdən bəhs edərək bildirdi ki, Rusiyadakı maksimalizm Rusiyanın süqutuna səbəb oldu, milli maksimalizm isə Zaqafqaziyanı çökdürəcək. Milli maksimalizmdən danışarkən o, Müsavat partiyasını müsəlman millətini suçlandırdı. Deməliyəm ki, bu irad yersizdir, çünki müsəlman maksimalizminin nədən ibarət olduğu bilinmir. Axı burada bizə deyirlər ki, mütəşəkkil qırmızı qvardiya erməniliyindən, gürcülüyündən, müsəlmanlığından asılı olmayaraq bütün cinayətkarları, bütün xalq düşmənlərini eyni dərəcədə cəzalandırır. Burada bizə deyirlər ki, erməni hərbi hissələrinə, erməni qoşunlarına cəbhənin köməyinə getməyə imkan vermirlər. Göstərirlər ki, bu, başlıca olaraq Zaqafqaziyanın müsəlmanlar yaşayan yerlərində baş verir; bu yerlərdəki anarxiya nəticəsində vətən müdafiəçilərini Zaqafqaziyamızın sərhədlərini qorumaq üçün göndərməyə imkan vermirlər. Bütün bunlardan danışarkən mən bilmək istərdim: müsəlmanların aqressiv maksimalizmi nədən ibarətdir, bu millətçilik hansı üstünlüklərlə, hansı vasitələrlə silahlanıb, onun hansı maksimal tələbləri yerinə yetirilib? Elə bir yerdə maksimalizmdən danışmaq olarmı ki, milis yaratmaq üçün dəfələrlə bu mərkəzi hökumətə müraciət olunub, hər dəfə cavab veriblər ki, silah yoxdur. Axı düz bir ay Bakı quberniya komissarlığı nümayəndələrinin döymədiyi qapı qalmayıb, bu günə qədər 500 vintovka ala bilmirlər ki, quberniyada qayda-qanun yaratsınlar. Müsəlman hissələri belə vəziyyətdədir, halbuki milli maksimalizmə yoluxmamış kimi görünən partiyalar öz tələblərinin maksimum ödənməsinə imkan qazanıblar. İttiham olunan müsəlman maksimalizminin isə yerlərdə qayda-qanunu qorumaq üçün tələb olunan şeylərin heç minimumunu da almaq imkanı olmayıb. Bir tərəfdən belə bir vəziyyətin, digər tərəfdən Daşnaksütyun partiyasının nümayəndəsinin bu kürsüdən müdafiə edərək bəraət qazandırdığı vəziyyətlə bağlı mən bəyan etməliyəm ki, Zaqafqaziya xalqlarının qarşılıqlı münasibətlərini həmrəyliyini ayrı-ayrı təsadüfi hadisələrdən, fakt olaylardan asılı vəziyyətə salmaq olmaz, burada ümumi böyük siyasət diqqətdə saxlanılmalıdır. Məsələyə bu nöqteyi-nəzərdən, yəni böyük siyasət nöqteyi-nəzərindən yanaşdıqda bəzi milli dairələrin ilə məşğul olduqlarını görmək lazımdır. Sizcə, kütlələrin psixikasına təsir edən bu siyasət deyilmi? Fərqi yoxdur, ya burada, Zaqafqaziyada, ya da onun hüdudlarından kənarda törədilən kütləvi zorakılıq, istər sərhədlərin qorunması adı ilə məlum hissələrin bu kütləvi çıxışlardakı özbaşına hərəkətləri, istər 1914- ildə rus imperializminin avanqardı şəklində olmuş, istərsə kimin döyüşübkimin döyüşmədiyi bilinməyən indiki məqamda baş verən qırğınlar kütlələrin psixologiyasına məlum psixi təsir göstərir. Bu təsir hər cür asayiş pozuntuları kədərli olaylar doğura bilər. Biz ayrı-ayrı halların, ayrı-ayrı fakt hadisələrin şahidi oluruqsa, deməli, bunların dərin psixoloji kökləri var. Burada bizim qarşımızda müəyyən konkret faktlar bu konkret faktlarda iki cinayət, iki cinayət faktı görürük. Bir fakthakimiyyət nümayəndələrinə cinayətkarcasına hücum onların sərhədlərin müdafiəsi üçün nəzərdə tutulmuş silahlarının alınması. Bu cinayətə görə cəzanı qanuni hakimiyyət qüvvələri verir. Bunun üçün qırmızı qvardiya var, başqa sözlə, hakimiyyət orqanları bu cinayətə görə cəza tətbiq edir. Bu hücumda, bu cinayətdə təşkilatçı əli olduğu müəyyənləşərsə, hökumətin borcu, biz bunu tələb edirik, həmin cinayətkarı da tapmaq, qanunun bütün şiddəti ilə qəti bir şəkildə cəzalandırmaqdır, belə hallarda heç bir rəhmdillikdən söhbət gedə bilməz (Səslər: “doğrudur”). Bununla belə, burada bütün mümkün faktlardan, bütün mümkün hadisələrdən danışarkən onları birtərəfli qaydada işıqlandırarkən bizim uzaq illərə aylara getməyimiz, daha qatı cinayətin, yəni heç nəyə qarışmayan, müsəlmanların məskunlaşdığı kəndlərin qarət məhv etmək cinayətinin məğzini zəiflətmək üçünOrada filan şey olmuşdu, burada filan hadisə baş vermişdideməyimiz lazım deyil (Səslər: “doğrudur”). Verilmiş konkret sualı konkret cavablandırmaq əvəzinə siz o tərəfbu tərəfə vurnuxur, konkret faktdan deyil, tamam ayrı şeydən danışırsınız. Sadaxlıdan danışın. Bu ya başqa cinayətləri kimin icazəsi ilə edirsiniz, başıaşağı, heç bir suçu olmayan kəndləri kimin icazəsi ilə çapıb talayırsınız? Özbaşına bu cür cinayətlər törədən qoşun hissələri var, hökumət bu qoşun hissələrinin ipini yığmaq iqtidarında deyil, onları ciddi intizama tabe etdirmək iqtidarında deyil, onların yalnız bir hökumətə qulaq asaraq heç bir şuluqluq etməməsinə nail olmaq iqtidarında deyil. Neçə ki vəziyyət belədir, müntəzəm olaraq bu qoşun hissələrinin özbaşınalığına məruz qalan kütlələrin özbaşına iğtişaşlar törətməyəcəyinə zəmanət vermək olmaz. Bir neçə söz Seymin bəzi fraksiyalarına göstərilən, mənim zənnimcə, qeyri-məntiqi münasibət barədə demək istəyirəm. Bizxalqın seçmiş olduğu Zaqafqaziya Seyminin üzvləri, müxtəlif partiyaların nümayəndələri vahid hökumət təşkil etmişik, ona tam etimad rəyi vermişik; bizim etimadımızla təmin olunmuş bu hökumət bütün bu hallarda öz hakimiyyətindən istifadə etməli, həm indiki, həm sonrakı hallarda hökumət kimi hərəkət etməlidir. Bu hökumət ixtiyarında olan qüvvələrin, istər qırmızı qvardiyanın, istər hər hansı bir qoşun hissəsinin, yaxud icbari aparatın bir hissəsinin vasitəsi ilə qayda-qanunu bərpa edərkən burada özünü bizə müəyyən məlum partiyanın müəyyən qüvvəsi kimi təqdim etməməlidir, bizəhəmrəy şəkildə fəaliyyət göstərən xalq nümayəndələrinə, müxtəlif fraksiyalara hökuməti necə dəstəkləmək, demokratiyanı necə qorumaq barədə öyüd vermək, hökuməti yalnız bir fraksiyanın müdafiə etdiyini, digər milli fraksiyaların milli partiyaların filan işləri görməli olduğunu söyləmək lazım deyil. Mənim fikrimcə, burada demokratiyanı, kəndliləri hamı eyni dərəcədə müdafiə edir (Səslər: “doğrudur”, “düzdür”). Demokratiyanın kəndlilərin mənafeyi menşeviklər fraksiyasının nümayəndələrinə qədər əzizdirsə, mənə o qədər əzizdir; Seymə elə baxmaq olmaz ki, guya burada demokratiya nümayəndələri yalnız menşeviklərdir, qalan fraksiyalar isə bütün bu hərəkətlərdə müqəssirdir başqa fraksiyalar qarşısında məsulyyət daşıyırlar. Seymin işinə həmrəyliyi poza biləcək belə ton vermək olmaz (Səs: “Siz düz başa düşməmisiniz”). Mənim fikrim belədir ki, ictimai işə razılıq vermiş Müvəqqəti Zaqafqaziya hökumətini (Səs: “müvəqqəti niyə, daimi”) irəli sürmüş hər bir fraksiya bütün digər fraksiyalarla bahəm bu hökumətin bütün addımlarını dəstəkləyəcək indiki halda onun gördüyü tədbirə bənzər bütün tədbirləri alqışlayacaq. Buna görəQayda-qanun naminə yalnız bir fraksiya mübarizə aparırfikrini xüsusi vurğulamağa ehtiyac yoxdur. Məsələni belə qoymaq olmaz. Məsələ o vaxt belə qoyula bilər ki, hökuməti yalnız bir fraksiya təşkil etmiş olsun o, bütün məsuliyyəti öz üzərinə götürsün. Hələ belə bir şey yoxdur, hələ hökuməti bütün fraksiyalar birlikdə təşkil edirlər hökumət Seymdəki bütün fraksiyaları təmsil edir, bu fraksiyalar bu hökumətin atdığı addımlarla eyni dərəcədə maraqlanırlar bu hökumətin demokratiyanın müdafiəsinə yönəlmiş hər bir addımı müsəlmanlar partiyasına da əzizdir, bu partiya hökumətin bu yöndə hər bir addımını alqışlayır (Səslər: “doğrudur”)...

... Mən şəxsi məsələyə görə söz almışam, lakin fürsətdən istifadə edib buradakı bəzi həmlələrdən danışacağam. Menşeviklər fraksiyasının nümayəndəsi elə tonda danışır ki, elə bil başqa fraksiyaların buradakı skamyalarda oturmuş nümayəndələri, daxili işlər nazirinin dediyi kimi, məhkəmə skamyasında əyləşiblər. Mən cavab nitqinə məlum münasibətimi bildirdim dedim ki, hökumət başçısına məlum fraksiyanın təmsilçisi kimi baxıram.

Natiqə diqqətlə qulaq asılsa, belə səhvə yol verilməyə bilər. Burada tez-tez deyirlər ki, siz səhvə, cinayətə yol verirsiniz, ola bilər ki, siz çox səmimisiniz, vicdanlısınız, lakin sizin siyasətiniz anarxiyaya aparır. Burada deyildi ki, bizim Zaqafqaziya Seyminin başının üstündən bütün demokratiyaya elan edilsin ki, onların siyasəti yeganə nicatverici siyasətdir, başqalarının arxasınca getməyin. Siz guya hər bir milli ixtilafdan kənar olan öz sosial-demokratiya siyasətiniz haqqında danışmağı bu qədər sevirsinizsə, onda icazə verin bildirim ki, bu beynəlmiləl siyasətin nələri gizlətməsi yetərincə bəllidir. Burada nədən danışaq ki? Burada Rusiya irsinin bölüşdürülməsindən danışmağa dəyməz. Hökumət nümayəndəsi bunu heç bir dəlil-sübut olmadan təkzib etdi, əslində isə bunu rəqəmlərlə təkzib etmək daha yaxşı olardı: hansı millət qədər silah alıb. Bu halda biz bunun həqiqətə qədər uyğun gəldiyini görərdik (Alqışlar).      

19-cu iclas. 20 mart 1918

    

Seym üzvü olan vətəndaşlar. Bakı şəhərində Müsavat partiyasının bolşevikləri dəstəkləməsi ilə bağlı bir qədər izahat verməliyəm. Bu məsələnin, göründüyü kimi, öz tarixi var. Bizim nümayəndələrin bir neçə dəfə bu tribunadan bildirdikləri kimi, Bakı quberniyasının təşkili, milisin, silah-sursatın təşkili s. baxımından Bakı şəhəri, qismən Bakı quberniyası Tiflisdən heç vaxt lütfkarlıq görməmişdir. Belə sırf spesifik, əlahiddə şəraitə görə Bakı böyük qarnizon məntəqəsi kimi həmişə bolşeviklərin, yaxud bolşevik ovqatlı şəxslərin  tərəfində olub ona görə bu siyasəti dəstəkləmək məcburiyyətində qalıb ki, bütün Zaqafqaziyada qanlı əks-səda doğura biləcək asayiş pozuntularına məruz qalmasın. Bolşeviklərin öz əsgər kütlələri ilə təkcə Bakı üçün deyil, həm bütün Zaqafqaziya üçün təhlükəli olduğu bir vaxtda, hətta bolşeviklərin qatı düşməni olan partiyaların da bu ya başqa taktiki gedişlər etdiyi bir zamanda Müsavat partiyası belə bir taktiki mülahizədən çıxış edərək məlum taktiki üsullardan bəhrələnmək zorunda idi. Sizin çoxunuza yəqin bəllidir ki, Fəhlə Əsgər Deputatları Sovetinə ilk seçki zamanı təkrar seçki təyin olundu bu seçki dördhədli düstur əsasındaümumi, bərabər, gizli, birbaşakeçirildi; o vaxt Müsavat partiyası səs çoxluğu qazana bilmədi. Belə bir vəziyyətdəGenişləndirilmiş Şuradeyilən qurum müsəlman demokratiyasını təcrid etmək üçün hər cür tədbirə əl atırdı. Bu özünü onda göstərdi ki, onlaryerlərdən seçımdeyilən ayrıca seçki texnikası işlətməklə demokratik seçki üsulunu ləğv etdilər, bununla da Bakıdakı fəhlə kütləsinin əsasən müsəlmanlardan ibarət hissəsi seçkidən kənarda qaldı. Bu belə olurdu: seçki zavodlardan, yəniyerlərdəntəyin edilirdi. Siz bilirsiniz ki, müsəlman kütləsi, müsəlman fəhlələr başlıca olaraq şaxtada işləyirlər. Onların arasında zavodlarda çalışan azdır bu cür seçki üsulunda ən çox müsəlmanlar uduzdu. Bundan əlavə, burada belə bir texniki özəllik var: yığıncaq zavodda keçirilir, boşboğaz bir natiq gəlib anlaşılmaz rus dilində danışır, yığıncaq 2 saat davam edir, dili başa düşməyən fəhləni seçkiqabağı yığıncaqların sonunadək heç bir qüvvə ilə saxlamaq olmur. Beləliklə, xüsusi bir obstruksiya (şuluqluq salmaqla iclasın qəsdən pozulması) qurulur, orada yalnız dili yaxşı bilən, seçkidə marağı olan, müzakirələrdə iştirak edən fəhlələr partiya adamları qalır. Nəticədə sol eserlər bolşeviklər seçkidə qalib gəlirlər. Müsəlman fəhlələr Müsavat partiyası  bu cür qeyri-demokratik seçkiyə etiraz etsələr , heç bir digər partiya onların etirazına qoşulmadı, Müsavat partiyası müsəlman fəhlələr tək qaldılar, etiraz etsək , bolşeviklərin ideyasını müdafiə etmədən, onlara rəğbət bəsləmədən başqa millətlərdən olan fəhlələrlə münaqişə yaratmamaq üçün sovetə daxil olmağı, fəhlə əsgər deputatları sovetinin ideyasını dəstəkləməyi lazım bildik. İkinci seçkidən sonra Müsavat partiyasının müsəlman demokratiyasının nümayəndələri bu cür eybəcər seçki forması nəticəsində xeyli azlıqda qaldılar, birinci seçkidə sovetin tərkibinin 60 faizini təşkil etdikləri halda, bolşeviklərin keçirdikləri ikinci seçkidə cəmi 15 faiz səs topladılar. Müsavat partiyası bu 15 faiz səslə Sovetin işinin gedişinə heç bir təsir göstərməyə qadir deyildi bu halda bolşevizmin dəstəklənməsindən söhbət gedə bilməzdi. Üstəlik Müsavat partiyası özünün Fəhlə Əsgər Deputatları Sovetindəki bəyanatında bu çatışmazlığı Sovetin nəzərinə çatdıraraq göstərmişdi ki, bu Sovet fəhlə kütləsinin nüfuzlu bir təşkilatına çevrilmək iddiasında bulunan orqanı ola bilməz; Sovetdə müsəlman kəndlilərin nümayəndələri yox idi, halbuki o, “Fəhlə, Əsgər Kəndli Deputatları Sovetiadlanır. Nəticədə həmin Sovet özlərinə bərabər sayda nümayəndəlik tələb edən matroslara əsgərlərə güzəştə getdi. Fəhlələrin hər 300 nəfərə 1 nümayəndəsi vardı, əsgərlər isə tələb edirdilər ki, hər 100 nəfərə 1 nümayəndə olsun. Menşeviklər partiyasının eserlərin Sovetdəki nümayəndələri bunun normal olmadığını bildirmişdilər. Sovet bu məsələni müzakirə edərək belə anormallığa yol verməmək, əsgər nümayəndələri ilə fəhlə nümayəndələrinin sayını bərabərləşdirmək, yəni 300 nümayəndə yerindən birini əsgərə vermək qərarına gəldi. Bundan sonra matroslardan biri hərbi seksiya adından qəti surətdə bəyan etdi ki, bu halda hərbi seksiya Soveti tərk edəcək. Bu tələb qarşısında qalan Sovet güzəştə gedərək öz qərarını geri götürdü. Müsavat partiyası buna etiraz etdi. Menşeviklər fraksiyası istisna olmaqla yerdə qalan bütün fraksiyalar bunu normal hesab etdilər bu güzəşti məqsədəuyğun saydılar. Əsas fraksiyaların bu cür münasibəti çoxluğun belə, necə deyərlər, “demokratiktaktikası, güc qarşısında belə mütilik müqabilində Sovetlərin hakimiyyətini tanımadıqlarına baxmayaraq başqa partiyaların təşkilatların hamısının fikri qəti olduğu üçün Sovetin cəmi 15 faizini təşkil edən Müsavat fraksiyası buna qarşı çıxsaydı belə, bolşeviklərə qarşı heç edə bu riskə gedə bilməzdi. Məclisi-Müəssisanı bombalarla, pulemyotlarla toplarla müdafiə etməyə hazır olduqlarını bildirən Mərkəzlər, bununla belə, bolşeviklərin Bakıdakı hakimiyyətini tanıdılarbiz sovetlərin siyasəti əleyhinə getsəydik, bu, toqquşmaya səbəb olardı, belə toqquşma isə dərhal millətlərarası toqquşmaya çevrilər mövcud zaman şəraitində bütün Zaqafqaziyanı alova bürüyərdi. Biz bu yanğını törətmək istəmədik Müsavat partiyasının bütün obyektiv tənqidçiləri bu taktikaya qiymət verərkən o halda haqlı olacaqlar ki, təsdiq etsinlər: belə siyasi şəraitdə Müsavat partiyası başqa taktika seçə bilməzdi. Son dövrə gəlincə, Bakı Fəhlə Əsgər Deputatları Sovetinin məşhur qətnaməsi sizə artıq məlumdur, o qətnamə ki, orada Zaqafqaziya Seyminə qəti müharibə elan olunmuşdu, o qətnamə ki, orada Tiflisə hazır yürüş tələb edilir bu qətnaməni xırda bir qeydlə imzalamışdılar ki, Daşnaksütyun partiyası da sovet hakimiyyətini qəbul etmir. Daşnaksütyun partiyasının nümayəndələri indi deyirlər ki, bolşeviklərin qoşun hissələri bu Bakı toqquşmalarında iştirak edirlər. Bu qoşun hissələri erməni hissələrindən, erməni əsgərlərindən başqa bir şey deyildi. Daşnaksütyun partiyası onlara çox böyük təsir gücünə malikdir onları bu riskli addımdan çəkindirə bilərdi. Amma necə çəkindirə bilərdi ki, bu partiya bolşeviklərlə birlikdə Zaqafqaziya Seyminə Zaqafqaziya Komissarlığına qarşı müharibə elan edib. Mən bu kürsüdən çıxış edərək hökumət bəyannaməsi haqqında danışanda demişdim ki, Zaqafqaziyanın müstəqilliyinə təhlükə təkcə cənubdan deyil, həm şimaldan gəlir. Bəzi qəzetlər bu sözləri yersiz hesab etmişdi. Yazmışdılar ki, indi təhlükə cənubdandır, hələ olmayan təhlükədən danışmaq nəyə lazımdır. Əslində Zaqafqaziyaya təhlükə biləvasitə şimaldandır, onlar bizim üstümüzə atəşlə, qılıncla gəlirlər. Zaqafqaziya Hökuməti, Zaqafqaziya Seymi bu məqamla hesablaşmırsa, Müsəlman sosialist blokunun buradan tələb etdiyi qəti addımları atmayacaqsa, onda yadda saxlayın ki, biz burada oturub müstəqil olaraq həmrəy görə bilməyəcəyik. Müstəqil, həmrəy həyatımızı yarımçıq qoya biləcək bolşeviklərə qarşı, şimaldan basqıya qarşı bütün tədbirləri görməklə mübarizə aparmaq lazımır. Biz bu işə həmrəyliklə qoşulmasaq, heç bir həmrəylik, Zaqafqaziya üçün heç bir xoşbəxtlik mümkün olmayacaq.

    

22-ci iclas. 09 aprel 1918

    

Zaqafqaziya Seyminin üzvü olan vətəndaşlar. Zaqafqaziya xalqları uzun müddət despotizm zülmü altında bu despotizmə qarşı birgə, həmrəy mübarizə apararaq ümumi arzu ideallara malik olublar. bu ümumi arzu ideallar ondan ibarət olub ki, despotik Rusiya azad Rusiyaya çevrilsin, azad Rusiyada milliyyətindən, dinindən asılı olmayaraq bütün xalqlar özlərini bərabərhüquqlu hiss etsinlər, onlara ögey ananın farqli münasibəti bəslənilməsin. Birgə mübarizə apararaq uzun müddət bu böyük günü gözləyərək onlar Böyük Rusiya inqilabının şahidi oldular bu inqilab Rusiyanın bütün xalqlarına çoxdan gözlənilən azadlıq gətirməli idi. Bu inqilab bütün zalqlarım əməkçi kütlələrini əsrlik zülmdən qurtarmalı idi. Rusiya xalqları ürəklərində bəslədikləri arzulara yenicə yaxınlaşmışdılar ki, Rusiyada dəhşətli bir möcüzə baş verdi, lakin bu dəhşətli möcüzə bütün xalqları, Rusiyanı azad, demokratik ölkə kimi görmək istəyən hər kəsi məyus etdi. Bizim azadlığımız, bizim demokratik ideallarımız, təəssüf ki, eybəcər görkəm aldı, çoxmillətli Rusiyanın bütün xalqları öz talelərini Rusiya ilə birlikdə həll etmək istədikləri bir vaxtda bu Rusiya Rusiya demokratiyası elə vəziyyətə düşdü ki, demokratiya prinsipləri idealları arzulanan sanksiyanı ala bilmədi, azadlıq əvəzinə Rusiyada biz anarxiya bərbadlıq görürük. İnqilabın bütün xalqlara öz müqəddəratını azad şəkildə təyin etmək hüququ vəd edən böyük şüarları öz müqəddəratını Mərkəzin əmri tapşırığı ilə təyinetmə şüarına çevrildi. Bu təyinetmə formasını dəyişərək öz müqəddəratını təyin edən millətlərin hamısını əzməyə, cəzalandırmağa başladı.

Azadlıq elan etdilər, amma bu azadlıq nəticə etibarilə özlərinidemokratadlandıran istismarçıların əlinə keçərək əsarət formasını aldı. Rusiya daxilində millətlərarası münasibətlər belə eybəcər formaya düşəndə, təəssüf ki, əlimiz hər yerdən üzüldü. həqiqi vətəndaş azadlığı, həqiqi demokratik prinsiplər qazana bildik. Yerli xalqların hüquqları despotların vaxtında olduğundan da çox tapdandı. Zaqafqaziya xalqları bax belə faktlar, belə gerçəklik qarşısında qaldılar, halbuki onlar Mərkəzdən fərqli olaraq, nəyin bahasına olur-olsun, yeni böyük demokratik Rusiya yaratmaq istəyirdilər; məqsədlərinə çata bilmədilər həmin böyük demokratik Rusiya onların əvəzinə sülh müqaviləsi bağladı; onların əvəzinə sülh müqaviləsi bağladı təəssüf ki, onları istinadgahlardan məhrum etdi, müəyyən ərazilərdən məhrum etdi, Karsdan, Ardahandan Batumdan məhrum etdi. Elə vəziyyət yarandı ki, zərurətə görə, rus dövlətçiliyinin inkişafına görə bir-birinə Mərkəzin bağlandığı qədər bağlana bilməyən Rusiya xalqları şimalda anarxiyanın zülmət qaranlığın tüğyan etdiyi, bunun ilə bitəcəyinin bilinmədiyi bir vaxtda başlı-başına buraxıldılar. Bizim qarşımızda böyük bir təhlükə durur ki, anarxiya mərkəziyyətçi Rusiya formasını ala bilər demokratiya prinsipləri deyil, imperializm prinsipləri qələbə çala bilər (yerdən səslər: “heç vaxt”). Digər tərəfdən, görürük ki, bundan sonra da bu vəziyyətə dözsək, bizim üstümüzə gələn şimal imperializmi Zaqafqaziya demokratiyasının sıralarına qarışıqlıq gətirər, eyni zamanda cənubdan gözlənilən yürüştürkiyəlilərin yürüşü bizim sıralarımızı parçalaya bilər. Bu parçalanma Zaqafqaziya demokratiyasının məhvi deməkdir. Zaqafqaziya demokratiyası özünü müdafiə etməlidir; inqilabın bütün nailiyyətlərini qoruyub saxlamalıdır; Zaqafqaziya demokratiyası böyük Rusiya inqilabının nemətlərindən, böyük demokratik prinsiplərdən bəhrələnməli, bu nailiyyətləri bizə yalnız irtica gətirən Rusiyaya qurban verməməlidir (səslər: “doğrudur”). Zaqafqaziya müstəqil olmalıdır (səslər: “doğrudur”). Bu müstəqillik zərurətə çevrilir. Dostcasına yaşamaq üçün, Zaqafqaziya xalqlarının həmrəy yaşaya bilməsi, inqilabın verdiyi azadlıq nemətlərindən istifadə edə bilməsi üçün müstəqillik elan etmək lazımdır. Zaqafqaziya yalnız doğuşla müqayisə edilə biləcək bir vəziyyətdədir. Zaqafqaziya doğuşun bütün əzablarını yaşayır, Zaqafqaziya doğur buna görə biz bu əzablardan qorxmamalıyıq. KörpəninZaqafqaziyanın sağlamlığı üçün Zaqafqaziyanın müstəqilliyini qorxudan deyil, vicdanla qəbul etmək lazımdır. Biz müstəqilliyimizi qorxudan deyil, vicdanla elan etsək, ümidvaram ki, bu müstəqillik Zaqafqaziya xalqlarını birləşdirən ən yaxşı lehim olacaq dostcasına birgə , dostcasına birgə yaşayış şəraitində Zaqafqaziya demokratiyası ona öz azadlığını hər cür qəsddən qorumaq üçün qüvvət enerji verən nemətlər əldə edəcəkdir. Təəssüf etməli oluruq ki, Zaqafqaziyanın müstəqilliyi Batumun, Ardahanın Karsın əlimizdən çıxmış olduğu bir vaxtda elan edilir. Lakin məndə dərin bir əminlik var ki, səmimiyyət olarsa, Zaqafqaziyanın müstəqilliyini qorxudan deyil, vicdanla qəbul etsək, Zaqafqaziya demokratiyasının azad inkişafına verilən zəmanətlə biz bu itkilərin yerini doldura bilərik (Alqışlar)...

... Zaqafqaziya Seyminin üzvü olan vətəndaşlar. Mən Zaqafqaziya Seyminin Zaqafqaziyanın müstəqilliyi əleyhinə çıxış edən üzvlərinin münasibətini nəzərə çarpdırmaq üçün ikinci dəfə söz aldım. Onlardan biri Kadetlər partiyasının başqa bir partiyanın, onun özünü təqdim etdiyi kimi, Rusiya inqilab partiyasının nümayəndəsidir. Burada qəribə bir birləşmə, qəribə bir alyans müşahidə olunur. Bolşeviklər partiyasında Rusiyanın mövcudluğu üçün təhlükə duyaraq bolşevik Rusiyasına qarşı var gücü ilə mübarizə aparmış Kadetlər partiyası, onun Tiflis orqanına fikir vermisinizsə, görəcəksiniz ki, bu partiyanın əhval-ruhiyyəsində köklü dəyişiklik baş verib, o, bolşeviklər partiyasında Rusiyanın hansısa nicatını görür ümid edir ki, bu partiya Böyük Rusiyanı bərpa edə biləcək yeni ordu yaradacaqdır. Bu birləşmə təəccüblüdürmü? Bolşevklərlə kadetlərin birləşməsi. Bu, səciyyəvi deyil ki? Bax burada, fikir verdinizsə, Seym üzvü Semyonov Bakı haqqında danışarkən bir qədər hədələyici poza alaraqSiz Bakını görməyəcəksiniz”, – dedi. Bəli, bizə qarşı belə hədə əvvəllər var idi. Biz belə bir hədəni Bakıda Kadet partiyasının nümayəndəsindən eşitmişdik. O deyirdi; muxtariyyatınızı elan edin, federasiyanızı elan edin, amma Bakı, qoyun, bizə qalsın, biz Moskvadan imtina edərik, amma Bakıdan heç vaxt imtina etmərik. Bu bəyanatdan əlavə bizdə bolşeviklərin bəyanatı vardı: “Siz muxtar federasiya haqqında düşünməyin, çünki sizin muxtariyyat tamam başqa motivlərə görə Rusiya demokratiyası Rusiya burjuaziyası üçün qəbuledilməz olacaq nəticədə siz muxtariyyat yox, ermənilərin, daşnaksakanların Türkiyədə əldə etdikləri kimi qalaq-qalaq xarabalıqlar əldə edəcəksiniz”. Görün, bolşeviklər hansı dillə danışırdılar, indi onlar həmin hədəni icra edirlər kadetlər partiyası bunuöz müqəddəratını təyinetməadlandırır (səs-küylü alqışlar). Bax, bolşeviklər bizə belə biröz müqəddəratını təyinetməvəd edirdilər kadet partiyasının nümayəndəsi bu təyinetməni bəyənir. Mülkədar Tumanovun burada Müsavat partiyasından danışması anlaşılandır. Onun psixikası tam anlaşılandır. Özünü inqilabçı adlandırmasına baxmayaraq bu mülkədar Tumanovun içində mülkədarsayağı imperializm ehtirasları yuva qurub (gülüşmə) buna görə onlar müxtəlif  bəhanələrlə öz partiyalarından asanlıqla ayrılıb kadetlər partiyasına birləşə bilərlər (Müsavat skamyalarında səs-küylü alqışlar). Menşeviklər fraksiyasından olan əvvəlki natiq başqa natiqlər suallar verirdilər, – Seym üzvü Semyonov bizə təklif edir? Cənab Tumanov bizə təklif edir? Mən bu sualları sadəlövh hesab edirəm. Onların bizə təklif  etdikləri məlum deyil bəyəm? Seym üzvü Semyonovun nitqinə diqqət etmədinizmi? Onlar sizə açıq şəkildə deyirdilər: sizin oriyentasiyanız hansıdırözünüzə oriyentasiya? (Semyonova müraciət edir). Bu Sizə gülməli görünür? Siz düşünə bilmirsiniz, belə bir fikri özünüzə yaxın buraxmaq istəmirsiniz ki, xalqların müəyyən müstəqil oriyentasiyası ola bilər? (səs-küylü alqışlar, səslərafərin”). İcazə verin, bildirək ki, onlar bu hüququ sizdən gözləmirlər heç vaxt gözləməyiblər. İstərdiniz ki, biz sizdən soruşaq: siz bizə təklif edirsiniz? Amma soruşmuruq. Bizə təklif etdiyinizi bilirik. Siz bizə təklif edirsiniz ki, həmin vəziyyətdə qalaq. Siz hesab edirsiniz ki, bu, ən zəruri vəziyyətdir, əlbəttə, bizə yox, sizə zəruridir, çünki bu halda biz əvvəlki vəziyyətimizə qayıtmış olarıq.

(Ardı var)

 





07.04.2014    çap et  çap et