525.Az

Nikol Paşinyanın partiyası 71 deputat mandatı alacaq


 

Nikol Paşinyanın partiyası 71 deputat mandatı alacaq<b style="color:red"></b>

Baş nazirin səlahiyyətlərini icra edən Nikol Paşinyanın “Vətəndaş sazişi” partiyası Ermənistanın yeni parlamentində 71 deputat mandatı alacaq. Ona 688 761 seçici səs verib.

525.az AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə Ermənistan mərkəzi seçki komissiyasının sədri Tiqran Mukuçyan MSK-nın iclasında bildirib. Onun sözlərinə görə, keçmiş prezident Robert Koçaryanın “Ermənistan” bloku parlamentdə 29 mandata malik olacaq.

Bu gün Ermənistan MSK növbədənkənar parlament seçkilərinin yekun nəticələrini açıqlayıb. “Vətəndaş sazişi” partiyası 53,91 faiz səslə seçkilərin qalibi olub, “Ermənistan” bloku isə 21,9 faiz səs toplayaraq ikinci yeri tutub.

Artıq Koçaryanın seçki bloku seçkilərinin nəticələrini tanımadığını bəyan edib və Konstitusiya məhkəməsinə müraciət etmək imkanlarını nəzərdən keçirir.

 

 





27.06.2021    çap et  çap et