525.Az

Əli Əsədov Fuat Oktaya məktub ünvanlayıb


 

Əli Əsədov Fuat Oktaya məktub ünvanlayıb<b style="color:red"></b>

Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyənin Vitse-prezidenti Fuat Oktaya “Kanal İstanbul” marşrutu üzərində inşa ediləcək ilk körpünün təməlinin qoyulması münasibətilə təbrik məktubu ünvanlayıb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, məktubda layihənin uğurlu icrasının Türkiyə iqtisadiyyatının daha da inkişaf etməsinə böyük töhfə verəcəyinə əminlik ifadə edilib.

 

 





28.06.2021    çap et  çap et