525.Az

“Azərbaycanda hüquqi dövləti və vətəndaş cəmiyyətini möhkəmləndirən uğurlu siyasət həyata keçirilir”


 

“Azərbaycanda hüquqi dövləti və vətəndaş cəmiyyətini möhkəmləndirən uğurlu siyasət həyata keçirilir”<b style="color:red"></b>

Azərbaycan dövləti özünün inkişaf strategiyasında hüquqi dövlət quruculuğuna xüsusi önəm verir. Müstəqillik əldə etdikdən sonra bu istiqamətdə atılan addımlar, əldə olunan uğurlar dövlətin bu sahəyə həssaslıqla yanaşmasının göstəricisidir. “Hüquqi İslahatlara Yardım Mərkəziİctimai Birliyinin sədri, Azərbaycan Arbitraj Mediasiya Mərkəzinin direktoru Natiq Abdullayevlə söhbətimizi məhkəmə hüquq islahatları mediasiyanın inkişaf perspektivləri üzərində qurduq.

 

(Əvvəli ötən sayımızda)

 

Natiq müəllim, məhkəmə sisteminin təkmilləşdirilməsi ilə bağlı işlər barədə fikirlərinizi bilmək maraqlı olardı.

Dövlət başçısı İlham Əliyevin 19 yanvar 2006- il tarixliAzərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi bəzi qanunvericilik aktlarına dəyişikliklər əlavələr edilməsi haqqındaAzərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədəfərmanı Respublikanın məhkəmə sisteminin əsaslı şəkildə təkmilləşdirilməsi yönündə mühüm addımlardan biri oldu. Digər, 2006- il 17 avqust tarixliAzərbaycan Respublikası məhkəmələri hakimlərinin sayının artırılması məhkəmələrin ərazi yurisdiksiyasının müəyyən edilməsi haqqındafərmanı ilə Respublika məhkəmələri hakimlərinin sayı 153 ştat vahidi artırıldı. Görülən məqsədyönlü tədbirlərlə yanaşı, Azərbaycanda hər vətəndaşa düşən hakimlərin sayı Avropa ölkələrindəki göstəricilərlə müqayisədə çox aşağıdır. Avropa ölkələrində mübahisələrin 80 faizi barışdırıcı  prosedurların vasitəsi ilə həll edilir. Məhkəmələrdə hakimlərin sayca azlığının ədalət mühakiməsinin keyfiyyətlə nəzərdə tutulmuş vaxtda həyata keçirilməsində başlıca problemlərdən biri olaraq qalır. Statistikaya görə, Azərbaycanda 800-dən çox vəkil fəaliyyət göstərir ki, bu da əhalinin sayına görə azdır. Həmçinin, dünya standartlarından qat-qat aşağıdır. Yəni, ölkədə hər 12 min nəfərə yaxın adama cəmi 1 vəkil düşür. İnsan hüquqlarının qorunması ilə məşğul olan mütəxəssislərin fikrincə, dünya üzrə orta göstəricinin hər 2 min nəfərə bir vəkil olması normal sayıla bilər. Bu hesabla Azərbaycan vəkillərin sayına görə dünya üzrə orta göstəricidən 6 dəfə geridədir. Azərbaycanda vəkillərin sayı 3500, 4000 olmalıdır. Vəkillərin Azərbaycanda azlıq təşkil etməsi beynəlxalq aləmdə məhkəmə sistemi haqda müsbət rəy yaratmır. Beynəlxalq təşkilatlar Azərbaycanda ildə qədər məhkəmə prosesinin bu proseslərdə qədər vəkil iştirak etdiyini müəyyənləşdiriblər. Nəticədə bəlli olub ki, eyni gündə bir vəkil bir neçə məhkəmə prosesində iştirak edir. Bu da Azərbaycanda ədalət mühakiməsinin keyfiyyətinə təsir edən amil kimi qəbul edilir, zəif təşkil olunması təsəvvürünü yaradır. İnkişaf etmiş, məhkəmə hakimiyyətinin güclü olduğu ölkələrdə vəkillərin sayı dünya üzrə orta göstəricidən bir neçə dəfə yuxarıdır. Məsələn, son məlumatlara görə İsraildə hər 175, ABŞ-da 260, İtaliyada isə 280 adama bir vəkil düşür. Azərbaycanda vəkillərin sayı az olsa da, vəkilliyə maraq artır. Digər meyl bundan ibarətdir ki, Azərbaycanda  şikayətlərin 15 faizdən çoxu məhkəmə sisteminə aiddir.

Mediasiya institutunun hüquq sisteminə inteqrasiyasını vacib edən məqamlar haqda deyərdiniz? 

Mediasiyanın ən mühüm əhəmiyyətindən biri onun cəmiyyətdə hüquqi şüur hüquq mədəniyyətinin formalaşmasına təsir etməsidir. Bu gün Azərbaycanda mediasiyanın mübahisələrin həllinin məhkəmədən kənar metodu kimi qanunverici əsaslarının möhkəmləndirilməsi, mediasiya institutunun hüquq sisteminə inteqrasiyasını intensivləşdirməyə sosial sifariş mövcuddur. Mediasiya mübahisələrin həllində dövlətin öz səlahiyyətlərinin müəyyən hissəsini vətəndaşlarına ötürməyə bununla eyni vaxtda cəmiyyətin bu səlahiyyətləri qəbul etməyə hazır qabil olmasına, qəbul edilən qərarlara görə məsuliyyət daşımasına imkan verən humanist, eyni zamanda, praqmatik yanaşmadır. Beləliklə , mediasiya nəinki hüquqi, həmçinin, sosial baxımdan əhəmiyyətli bir institut olduğunu sübut edib. Bu, dünya təcrübəsində mediasiyanın hüquqi mədəniyyətə ümumilikdə cəmiyyətə tətbiqinə ildən-ilə artan diqqət onun inkişafına göstərilən dəstəkdə özünü biruzə verir. Mediasiyanın Azərbaycanda inkişafına təkan vermək üçün ən mühüm tədbirlərdən biri-mediasiyanın institutsionallaşması qanunvericilik bazasının yaradılmasıdır.

Bir sıra inkişaf etmiş ölkələrin qanunvericiliyində mediasiyanın hüquqi bazası formalaşıb. Həmin ölkələrdə beynəlxalq münasibətlərlə yanaşı siyasi, iqtisadi, ticarət, ailə, məktəb, az ağır cinayətlər digər sahələrdə mübahisələrin həllində mediasiyanın tətbiqi genişlənməkdədir. Qanunvericilikdə mediasiyanın tətbiqi: mülki hüquq münasibətlərində yaranan mübahisələrin tənzimlənməsində, eləcə cinayət-hüquq münasibətlərindəorta ağır    xırda cinayət törədildiyi hallarda nəzərdə tutulur. Mediasiyanın tətbiqi ilk növbədə məhkəmələrin həddən artıq  yüklənməsinin qarşısını ala bilər. Məhz bu qeyd edilən digər məsələlərin həlli çərçivəsində mediasiyanın ardıcıl daimi olaraq tətbiqinin zəruriliyi gündəmə gəlib. Beynəlxalq təcrübəyə əsasən, mediasiya institutunun səmərəli tətbiqi mübahisələrin həllinin alternativ yolu kimi bu vəziyyətin aradan qaldırılmasına ciddi kömək edə bilər.

Qeyd edildiyi kimi, Azərbaycan cəmiyyəti demokratik hüquqi dövlətin inkişafı mərhələsini yaşayır, bu mərhələdə cəmiyyətin bütün sahələrində daimi islahatlar prosesi davam edir. Bazar münasibətlərinə keçid iqtisadi onunla sıx bağlı olan digər sahələrdə (ticarət, siyasi-hüquqi, məhkəmə s.) yeni qanunların tətbiq edilməsini, beynəlxalq bəyannamələrə qoşulmağı ölkə qanunvericiliyində əsaslı dəyişikliklər edilməsini tələb edir.

Müasir dövrdə Azərbaycanda məhkəmə sisteminin yenidən qurulması istiqamətində geniş islahatlar keçirilir. Böhran münaqişəli vəziyyətlərin məhkəmədən kənar məhkəməyə qədər tənzimlənməsi ilə bağlı alternativ həll yollarının seçilməsi məsələsinin xüsusi aktuallıq kəsb etdiyi bir dövrdə ölkəmizdə mübahisələrin alternativ həlli üsullarının, xüsusilə mediasiyanın tətbiqi bir sıra post-sovet məkanı ölkələri ilə müqayisədə ilkin formalaşma mərhələsindədir hüquqi əsasları tam formalaşmayıb.

Məhkəmə sistemində mübahisə münaqişələrin alternativ metodlarla tənzimlənməsi insanların hüquq azadlıqları baxımından hansı rolu oynayır?

Qeyd etdiyimiz kimi müasir şəraitdə məhkəmə sistemində mübahisə münaqişələrin alternativ metodlarla tənzimlənməsi xüsusi aktuallıq kəsb edir. Belə ki, mübahisələrin alternativ həll yollarının tətbiq edilməsi insanların hüquq azadlıqlarının tam təmin edilməsi, onların heç bir təzyiq məcburiyyət olmadan razılığa gəlməsi son nəticədə mübahisənin məhkəmə qaydasında həllindən fərqli olaraq əməkdaşlıq münasibətlərinin saxlanması imkanlarını açır. Vasitəçiliyin üstün tərəflərindən biri odur ki, mübahisə tərəfləri proseduranı müstəqil şəkildə tənzimləmək imkanı əldə edirlər. Beləliklə, münaqişələrin mediasiya prosedurasında tənzimlənməsi nəticəsində tərəflər arasında əməkdaşlıq münasibətlərinin saxlanması, həmçinin mübahisəyə, münaqişə, yaxud böhrana gətirə biləcək vəziyyətlərin qarşısının alınması əsas məqsədə çevrilir. Təkrarlana biləcək mübahisə, münaqişə, yaxud böhran şəraitində iki qarşılıqlı əlaqəli davranış prinsipimünaqişənin həlli zamanı tərəflərə müəyyən bir mövqenin məcburi şəkildə qəbul etdirilməsi münaqişənin sülh yolu həll edilməsi məqsədilə güc tətbiq edilməsinin yolverilməzliyiəsas götürülür.

Münaqişənin alternativ vasitələrlə tənzimlənməsi yeni, hər bir münaqişə tərəfi üçün qəbul edilə bilən kompromis yolunun tapılmasını nəzərdə tutur. Münaqişələrin alternativ vasitələrlə həlli zamanı əsas qəbul edilən qaydalardan biri odur ki, vasitəçilər münaqişənin mürəkkəbləşməsinə genişlənməsinə səbəb olmamalıdırlar münaqişənin tənzimlənməsi itkisiz (zərərə düşmədən) bütün tərəflərə (mübahisə tərəfləri mediatora) zərər gətirmədən sona çatmalıdır. Əgər belə bir şərait yaranarsa, tərəflər bu haqda bir-birini xəbərdar etməlidirlər bir-biri ilə fikir mübadiləsi aparmalıdırlar, mediasiya vasitəsilə razılıq əldə etmədikdə yeni bir tənzimləmə yolu seçməlidirlər.

Mübahisələrin alternativ həlli üsulu kimi mediasiyanın respublikamızda inkişafı üçün onun mahiyyətinin, mövcud dünya təcrübəsinin öyrənilməsi əsasında milli gerçəkliyə tətbiqinin araşdırılması, Azərbaycanın milli qanunvericiliyində, hüquqi praktikasında nəzəri tətbiqi  aspektlərinin təhlili, mediasiya haqda qanunun hazırlanması qəbul edilməsi üçün tövsiyə təkliflərin verilməsi mühüm əhəmiyyət kəsb edir.

Mediasiya müasir dünyanın məhkəmə-hüquq sisteminin inkişaf meyllərinə demokratik  inkişafın çağırışlarına səmərəli adekvat cavab olan hüquqi praktikadır. İnsan hüquq azadlıqlarına ehtiram qayğı kimi ali prinsiplər üzərində qərar tutmaqla, mediasiya   ölkəsindən, məhkəmə sistemlərindən mədəniyyətindən asılı olmayaraq insanların bir-birini anlamasına imkan verən universal hüquqi dialoq dilidir. Qloballaşma dövründə milli qanunvericilik sistemlərinin bəzən bir araya sığmaz göründüyü beynəlxalq münaqişələrin həll edilə bilmədiyi  bir vaxtda, mediasiya-  dialoq üçün məkan yaradan mümkün təmas nöqtəsidir; 

Mediasiya prosesi mövcud münaqişələrin mümkün çoxtərəfli inkişaf istiqamətlərinin qarşısını almağa şərait yaradır, mediasiya prosesində çoxtərəfli tənzimləmə strategiyasının tətbiq olunması münaqişələrin qısa zaman müddətində, daha az maddi itki ilə əməkdaşlıq münasibətlərinin saxlanması əsasında həllinə şərait yaradır;

Müxtəlif vasitəçilər tərəfindən tənzimlənən mübahisələrin oxşarlığı mediasiya prosedurasının ümumi prinsiplər əsasında keçirilməsini təmin edir. Eyni zamanda, konkret şəraitlə bağlı mediatorun təklifləri mövcud problemlərin həlli ilə bağlıpaketxüsusiyyətli sənəd kimi mübahisənin mərhələli həllində istiqamətləndirici ola bilər;

Məhkəmə sisteminin təkmilləşdirilməsi istiqamətində mühüm addım kimi mübahisə münaqişələrin alternativ həlli variantı olan gələcəkdə mübahisə tərəfləri arasında əməkdaşlığın saxlanmasına yönəlmiş mediasiya institutunun inkişaf imkanları beynəlxalq normaların ayrı-ayrı regionlarda adaptasiya xüsusiyyətlərindən asılıdır.  Mediasiya prosedurası müxtəlif tətbiq sahələrindən (ailə, məktəb, ticarət, beynəlxalq s.) asılı olaraq fərqli mexanizm xüsusiyyətlərə malik olur ki, bu da ayrı-ayrı sahələrlə bağlı mütəxəssis mediatorların formalaşması tələbatını yaradır. Hüquqi maarifləndirmə mediasiya institutunun inkişafının əsas aspekti kimi onun geniş istifadəsinə şərait yarada bilər; Vasitəçilik (mediasiya) institutunun araşdırılması nəticəsində belə bir nəticə əldə edilir ki, mübahisələrin alternativ həlli vasitəsi kimi mediasiya prosedurunun tətbiqi müasir dövrdə xüsusi aktuallıq kəsb edir, həmçinin beynəlxalq təcrübədə mediasiya institutunun yeni inkişaf meylləri nəzərə çarpır. Münaqişələrin məhkəməyə qədər məhkəmədən kənar həlli vasitəsi olan mediasiya çərçivəsində müxtəlif növ mübahisələrin (ailə, əmək, məktəb, beynəlxalq, siyasi, iqtisadi s.) tənzimlənməsi iqtisadi cəhətdən daha qənaətcil, mübahisə tərəfləri arasında əməkdaşlıq münasibətlərinin saxlanmasına yönəldiyi üçün psixoloji cəhətdən daha əhəmiyyətlidir.

Vasitəçilik institutu əvəzedilməz metod kimi dövlətlərarası münasibətlərin tənzimlənməsində böyük təsirə malikdir. Son dövrlərdə beynəlxalq təşkilatlar, nüfuzlu siyasi xadimlər beynəlxalq mübahisələrin sülh yolu ilə həllində mediator rolunda çıxış edərək mümkün münaqişələrin qarşısını almağa nail olurlar.   

Hesab edirəm ki, Mediasiya haqqında milli qanunvericiliyin hazırlanması qəbulu, peşəkar mediatorların hazırlanması, ümumiyyətlə, mübahisələrin məhkəmədən kənar həllinə yönələn hüquq siyasətinin bu istiqamətdə daha da intensivləşdirilməsinə böyük zərurət var.

AQİL

 





07.04.2014    çap et  çap et