525.Az

Rusiya və Çin liderləri videokonfrans formatında görüşüb


 

Rusiya və Çin liderləri videokonfrans formatında görüşüb<b style="color:red"></b>

Rusiya Prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının Sədri Si Tsinpin arasında videokonfrans formatında görüş keçirilib.

525.az-ın APA-ya istinadən verdiyi məlumata görə, görüş Rusiya ilə Çin arasında mehriban qonşuluq, dostluq və əməkdaşlıq haqqında Müqavilənin imzalanmasının 20 illiyinə həsr olunub.

Dövlət başçıları bir-birilərini qarşılıqlı təbrik edərək iki ölkə arasında hazırkı vəziyyəti və strateji tərəfdaşlığın inkişaf perpektivlərini qiymətləndiriblər.

V. Putin və S. Tsinpin ikitərəfli və beynəlxalq gündəmdə duran aktual məsələləri də müzakirə ediblər.

 

 





28.06.2021    çap et  çap et