525.Az

Tramp 2024-cü il seçkilərinə qatılacağını açıqladı


 

Tramp 2024-cü il seçkilərinə qatılacağını açıqladı<b style="color:red"></b>

ABŞ-nin keçmiş Prezidenti Donald Tramp, Ağ Evdən ayrıldıqdan sonra keçirdiyi ilk mitinqində 2024-cü ildə keçiriləcək seçkilərdə siyasi arenaya qayıdacağını söyləyib.

525.az xəbər verir ki, "Ağ Evi, Senatı və Amerikanı geri alacağıq. Bunu tezliklə edəcəyik", - deyə o söyləyib. Ohayo ştatının minlərlə insana müraciət edən Tramp, 2020-ci ilin noyabr seçkilərindəki məğlubiyyətinin səslərin saxta sayılması nəticəsində meydana gəldiyini iddia etdiyini təkrarlayıb. O bildirib ki, seçkilərdə iki dəfə qalib gəlib və üçüncü dəfə qazana bilər.

Qeyd edək ki, Tramp, keçmiş dövlət katibi Hillari Klintona qarşı mübarizə apardığı 2016-cı il seçkilərində qalib gəlmişdi, lakin keçən il yerini Co Baydenə verərək məğlub olub. Baydenin siyasətini də sərt şəkildə tənqid edən Tramp, varisini Çinə təslim olmaqda günahlandıraraq, performansının dünya arenasında "utanc verici" olduğunu söyləyib.
 
El Roman

 





28.06.2021    çap et  çap et