525.Az

“Hörümçək adam” Papanı dinləməyə gəldi - Foto


 

“Hörümçək adam” Papanı dinləməyə gəldi - <b style="color:red">Foto</b>

Katoliklərin ruhani lideri Papa Fransisk, Vatikanda çıxış edərkən maraqlı hadisə yaşanıb. Belə ki, bu çıxışın diqqətçəkən bir qonağı olub.

525.az xəbər verir ki, VIP hissəsində yerini almış, lakin görünüşü digər qonaqlardan tamamilə fərqli “Hörümçək adam”, Papa Fransiskin çıxışını sona qədər dinləyib. Qırmızı, mavi və qara rənglərin üstünlük təşkil etdiyi xüsusi bir kostyum geyən həmin şəxs çıxış bitdikdən sonra mənəvi liderin yolunu kəsib.

Əlini uzadan adam Papa ilə görüşüb və ayaqüstə onunla danışıb. Sözlərini bitirən kimi ruhani liderə öz maskasını hədiyyə edib.


El Roman

 

 

 





28.06.2021    çap et  çap et