|
|
|
|
İngiltərəli genetik Adam Ruterford, meymun fiqurundan başlayaraq bir insana çevrilən məşhur “Homo Sapiensə Yol” təkamül diaqramının təkamüllə əlaqəli ən yanlış şeyi göstərdiyini və biologiya kitablarından çıxarılmalı olduğunu izah edib.
525.az xəbər verir ki, Ruterford, təkamülün həmişə düz bir xətt içərisində mütərəqqi vəziyyət olmadığını bildirərək deyib: “Təkamül diaqramdakı kimi işləmir. O dövrdə olduğumuz məkanı işğal etmək üçün inkişaf edirik. Ancaq bu mütləq yaxşılaşacağımız demək deyil. Gələcəkdə tamamilə fərqli bir formaya çevrilib dörd ayaqla yeriməyə başlaya bilərik”.
Genetik, insanların özlərini təkamülün zirvəsi kimi görmələrinin təkəbbürlü bir fikir olduğunu ifadə edib.
El Roman