525.Az

XİN 44 metrlik sahənin İrana verilməsinə dair məlumatlara münasibət bildirdi


 

XİN 44 metrlik sahənin İrana verilməsinə dair məlumatlara münasibət bildirdi<b style="color:red"></b> «Azərbaycan heç bir zaman heç kimə bir qarış torpağını belə verməz».
 
Bunu APA-ya açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev deyib.
 
İran Sərhəd Polisinin rəisi general Hüseyn Zülfüqarinin Culafada sərhəddə üzərində mübahisə gedən 44 metrlik sahənin İrana birləşdirildiyinə dair açıqlamasına münasibət bildirən E. Abdullayev onda bu barədə məlumatın olmadığını bildirib.
 
Qeyd edək ki, general Zülfüqari Culfada Naxçıvanla İran arasında tikilən körpü üzərindəki sərhədin müəyyənləşdiyini, Azərbaycanın iddia etdiyi ərazidən geri çəkilərək, körpünün istifadəsi üçün yaranan problemin aradan qaldırıldığını bildirib.
 
Onun sözlərinə görə, 44 metrlik sahə İran ərazisinə birləşdirilib.
 





07.04.2014    çap et  çap et