525.Az

Meksikada narkotikdən istifadə leqallaşdırıldı


 

Meksikada narkotikdən istifadə leqallaşdırıldı<b style="color:red"></b>

Meksikada narkotikin istifadəsinə icazə verən qanun layihəsi qəbul edilib.

525.az xəbər verir ki, qəbul edilən qətnamədə, yetkin şəxslərin narkotik yetişdirmək və istifadə etmək üçün icazə istəyə biləcəyi ifadə edilib. İctimai yerlərdə və uşaqların gözü qarşısında marixuana çəkmək də qadağandır. Qərarda narkotikin biznes məqsədilə istifadə edilməsindən bəhs edilmir. Ümumilikdə istifadəçilərə özləri ilə 28 qrama qədər narkotik daşımalarına və 8 ədəd bitki yetişdirilməsinə icazə veriləcəyi açıqlanıb.

Qeyd edək ki, hazırda ölkədə üzərində beş qramdan çox narkotik daşımaq qanunsuzdur. Qanun layihəsinin tərəfdarları tənzimləmənin ölkədə hər il minlərlə insanın ölümünə səbəb olan narkotik ticarətinin bir az olsun azala biləcəyinə ümid edirlər. Bu qanunla Meksika, Uruqvay və Kanadadan sonra narkotikin istifadəsini leqallaşdıran üçüncü ölkə oldu.

Firuzə Əliyeva

 





29.06.2021    çap et  çap et