525.Az

“Sehrli konsert” nağılı fars dilinə tərcümə olundu


 

“Sehrli konsert” nağılı fars dilinə tərcümə olundu<b style="color:red"></b>

Beynəlxalq Uşaq Kitabı Şurasının (İBBY) İran təşkilatının əməkdaşı uşaq yazarı, tərcüməçi, uşaq ədəbiyyatı tədqiqatçısı Nəsim Yusefinin Respublika Uşaq Kitabxanasına verdiyi məlumata görə Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı Elvira Məmmədovanın “Sehrli konsert” nağılı fars dilinə tərcümə edilib.

525.az xəbər verir ki, "Sehrli konsert” nağılı Tehranda fəaliyyət göstərən “Həmşəhri” nəşriyyatının “Baççeha”jurnalının 222-ci (İyun) sayında dərc olunub.

Qeyd edək ki, yazıçı Elvira Məmmədovanın “Baççeha”jurnalının 221-ci (May) sayında dərc edilən ilk hekayəsi “ Zibil qabının arzusu” hekayəsi olub.

F.Köçərli adına Respublika Uşaq kitabxanası 2012-ci ildən Beynəlxalq Uşaq Kitabı Şurasının (İBBY) üzvüdür. Təşkilata üzv olmaqda əsas məqsəd Azərbaycanda uşaq yazıçıları, rəssam və tərcüməçilərini müasir uşaq ədəbiyyatımızdakı problemlərə yönəltmək, Beynəlxalq Uşaq Kitabı Şurası ilə ölkəmizin uşaq yazarlarını tanıtmaq və uşaq ədəbiyyatı sahəsində olan yenilikləri təbliğ etməklə uşaqların mütaliəyə olan həvəslərini artırmaq, onları dünya uşaq ədəbiyyatı nümunələri ilə tanış etməkdir. Həmçinin, uşaqların intellektual inkişafında kitabın rolunu artırmaq, kitaba sevgi aşılamaq və diqqəti uşaq kitabının nəşrinə yönəltməkdir.

 

 





29.06.2021    çap et  çap et