525.Az

Gəncə "ASAN xidmət"i bir ay ətraf rayonların xidmətində


 

SƏYYAR MƏNTƏQƏ 4 MİN NƏFƏRƏDƏK VƏTƏNDAŞA XİDMƏT GÖSTƏRİB

Gəncə "ASAN xidmət"i bir ay ətraf rayonların xidmətində<b style="color:red"></b>

Ölkəmizin müasir inkişafının simvollarından biri kimi tanınaraq, dövlət qurumlarına vətəndaş müraciətlərinin ən optimal təmini və həlli üzrə sırf Azərbaycan brendinə çevrilən və təcrübəsi xarici ölkələrdə belə öyrənilən "ASAN xidmət" qısa müddətdə cəmiyyətin inamını və rəğbətini qazanıb.

Vətəndaşlara keyfiyyətli və şəffaflıq prinsipləri əsasında xidmətlər təqdim edən bu  təsisatın üstün cəhətlərindən biri də onun respublikamızın bütün bölgələrini əhatə etməsi, o cümlədən, daimi ünvanı olmayan yerlərdə mütəmadi səyyar xidmətlər təkil etməsidir.

Bu yay günlərində Qazax, eləcə də onunla qonşu olan rayonların sakinləri "ASAN xidmət"in fəaliyyətindən yararlanıblar. Gəncə "ASAN xidmət"inin səyyar avtobusu 30 gün müddətində Qazaxın mərkəzi küçələrindən birində məskən salıb və vətəndaşların qulluğunda durub.

Səyyar məntəqəyə 3846 nəfər vətəndaş müraciət edib, onlardan  3562 nəfərinin məsələsi yerində həll olunub.

Səyyar xidmətlər əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu, Əmlak Məsələləri Dövlət Komitəsi, Ədliyyə Nazirliyi tərəfindən təqdim olunub. Bu xidmətlərə ümumvətəndaş pasportlarının, şəxsiyyət vəsiqələrinin, sürücülük vəsiqələrinin verilməsi, yaxud dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, daşınmaz əmlakla bağlı əməliyyatların qeydiyyatı, notariat xidmətləri, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, tərcümə xidməti və digər işlər daxil edilib.

Rayon sakinləri də ölkə başçısının tapşırığına əsasən vətəndaşların rahatlığını təmin etmək məqədilə təşkil olunmuş bu xidməti məmnunluqla qarşılayıb, onlar üçün yaradılan şəraitə və yüksək xidmətə görə minnətdarlıqlarını çatdırıblar.

"Hesab edirəm ki, bu cür nümunəvi, özü də sözün həqiqi mənasında asan üsulla vətəndaşa xidmət təşkil etmək dünyada bir orijinal iş sayıla bilər. Sadə insan istənilən dövlət qurumları ilə öz məsələsini yerindəcə həll edə bilir. Şəhərdə olsun, kənddə olsun, harada yaşamağından asılı olmayaraq, dövlət özü sənə öz xidmətlərini "sənin qapında" təqdim edir. Bu, dövlətimizin öz vətəndaşlarına qayğısının bir misalıdır. Eşq olsun dövlətimizə və onun müzəffər rəhbərinə!", - deyə təqaüdçü müəllim Əsəd Hacıyev təəssüratını bölüşür.

Sakinlər vətəndaşlara göstərilən nümunəvi xidmətlərinə görə bütün dünyada bir Azərbaycan brendə çevrilən "ASAN xidmət"i ölkəmizdə reallaşdırılan  ən uğurlu layihələrdən biri hesab etdiklərini də qeyd ediblər.

Zakir MURADOV
Gəncə-Qazax

 





30.06.2021    çap et  çap et