525.Az

F.Köçərli adlı elektron məlumat baza təqdim edildi


 

F.Köçərli adlı elektron məlumat baza təqdim edildi<b style="color:red"></b>

Görkəmli ədəbiyyatşünasalim, tanınmış maarifpərvər, ictimaixadim, publisist-yazıçı, tənqidçi və tərcüməçi Firidun bəy Əhmədağa oğlu Köçərliyə həsr edilmiş “Firidun bəy Köçərli” adlı Elektron Məlumat Baza təkmilləşdirilərək istifadəçilərə təqdim edildi.

525.az xəbər ki, elektron məlumat baza ilk dəfə 2018- ci ildə F.Köçərlinin anadan olmasının 155 illik yubiley münasibət ilə oxucuların istifadəsinə verilmişdi.

Bazaya ədibin həyat və yaradıcılığını əhatə edən materialların tam variantı daxil edilib. 11 bölmə, yarım bölmələrdən ibarət olan və 1911-2021-ci illəri əhatə edən elektron məlumat bazada ədəbiyyatşünasalimin həyat və yaradıcılığının əsas tarixləri, onun müdrik deyimləri, görkəmli şəxsiyyətlərin şair haqqında söylədiyi fikirləri, əsərləri, haqqında yazılan kitablar, məqalələr və dissertasiyalar, Firudin bəy Köçərliyə həsr edilmiş şeirlər, fotoalbom, sənədli filmlər, cizgi filmləri və s. yer alıb.

“Firidun bəy Köçərli” adlı Elektron Məlumat Bazaya Tarix üzrə Fəlsəfə elmləri doktoru Məmməd Mirzəliyevin “Zülmətdə parlayan ulduz...,Firidun bəy Köçərlinin həyat və yaradıcılığı” adlı məqalələri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərlinin “Milli fəlsəfə tariximizin təşəkkülü və Firidun bəy Köçərli” , Respublika Uşaq Kitabxanasının direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərovanın “F.B.Köçərli irsinin biblioqrafik informasiya təminatının müasir vəziyyəti”, “F.B.Köçərli irsinə dair kitabxana resurslarının tipoloji təhlili” , “Firidun bəy Köçərli irsinin nəşrinin tarixi mərhələləri”  adlı elmi məqalələri, eləcə də şairə Mina Rəşidin "Firidun bəy Köçərli irsi: dəyəri azalmayan mənəvi xəzinəmiz”, ədibə həsr olunmuş “Firidun bəy Köçərli” adlı biblioqrafiya kitabı, tədqiqatçı Pərixanım Mikayılqızının Firidun bəy Köçərli: "Ümmətdən millətə doğru" kitablarının və 35 adda materialların tam mətnləri əlavə edilmişdir.

Ümumilikdə 320 kitab və məqalələr bazadayer alır.

Aşağıdakı link vasitəsi ilə elektorn məlumat bazası ilə tanış ola builərsiniz:
http://clb.az/elektron/Kocerli/index.html

 

 





30.06.2021    çap et  çap et