525.Az

“Wodaabe” qəbiləsinin maraqlı adətləri – Makiyaj edən kişilər


 

“Wodaabe” qəbiləsinin maraqlı adətləri – <b style="color:red">Makiyaj edən kişilər</b>

Afrikanın “Wodaabe” qəbiləsi maraqlı ənənələri ilə diqqət çəkir. Belə ki, bu qəbilədə kişilər özlərinə həyat yoldaşı tapmaq üçün gözəllik yarışmalarına qatılır və qeyri-adi makiyajları ilə yadda qalmağa çalışırlar. Qadınlar isə istədikləri kişini seçərək evlənə bilərlər.

525.az xəbər verir ki, 50 min insandan ibarət qəbilə Saxara səhrasında yaşayan ən maraqlı qəbilələrdən biri sayılır. “Wodaabe” üzvləri çoxəsrlik ənənələrindən xilas olmağı bacarıblar. Onların  maraqlı ənənələrindən biri də kişilərin qatıldığı gözəllik yarışması hesab olunur. Bu gözəllik müsabiqəsi dünyada keçirilən yarışlardan tamamilə fərqlidir. “Guerewol Festivalı” adlandırdıqları yarışmada kişilər qadınların qarşısına saatlarla edilən makiyaj və xüsusi geyimlərlə çıxaraq özlərini onlara bəyəndirməyə çalışırlar.

 

Qəbilədə qadınlar evli olsalar da yeni bir həyat yoldaşı seçərək övlad sahibi ola bilərlər. Qadınlar seçimlərində ümumiyyətlə ağ dişlərə, parlaq gözlərə və dik buruna diqqət yetirirlər.

 

Afrikada yüksək temperatura baxmayaraq, kişilərin 6 saat hazırlığından sonra festival keçirirlər. Festival zamanı üzvlər ənənəvi musiqi sədaları altında rəqs edirlər. Rəqs yarışmasında qalib gələn kişinin həyat yoldaşı seçmək hüququ var, ancaq bu vəziyyətdə əsas şərt qadınların razılığı götürülür.

 

Firuzə Əliyeva

 

 





01.07.2021    çap et  çap et