525.Az

İstidən yollar əridi — Foto


 

İstidən yollar əridi —<b style="color:red"> Foto </b>

ABŞ-nin şimal-qərbindəki əyalətlərdə temperaturun rekord səviyyəyə çatması ilə Sietl şəhərində asfalt yollar əriyib. Rəsmilər vətəndaşları diqqətli olmaları mövzusunda xəbərdar ediblər.

525.az xəbər verir ki, hava proqnozu hesabatlarını yayımlayan “AccuWeather” mütəxəssisləri bu bölgədə Kanada ilə həmsərhəd əyalətlərdə ölçülən istiliyi "görünməmiş", "həyati təhlükəli" və "tarixi" olaraq xarakterizə ediblər. Sietldə asfalt yolların istidən əriməsi ilə səlahiyyətlilər səyahət üçün etibarlı olmadığı üçün vətəndaşları ehtiyatlı olmağa çağırıb. Verilən məlumata görə,  Portlend şəhərində iyun ayının sonunda normalda 21 dərəcə olan temperaturun 44 dərəcəyə yüksəlməsi hər kəsi təəccübləndirib.

 

Burada kabellərin günəşdən yanması səbəbindən elektrik enerjisinin kəsildiyi bildirlib. Oregon əyalətində indiyə qədər qeydə alınan ən yüksək temperaturun 27 iyul 1939-cu ildə 47 dərəcə olduğu bildirilib.

Firuzə Əliyeva

 





30.06.2021    çap et  çap et