525.Az

Putini prezident postunda kim əvəzləyəcək?


 

Putini prezident postunda kim əvəzləyəcək?<b style="color:red"></b>

Rusiya prezidenti Vladimir Putin varisi ilə bağlı sualı cavablandırıb.

525.az APA-ya istinadən xəbər verir ki, “Birbaşa xətt” verilişində Putin dövlət başçısının kim olmasına dair qərarı hər zaman Rusiya vətəndaşlarının verdiyini bildirib.

“Mənim məsuliyyətim Prezident vəzifəsinə namizədlərlə bağlı tövsiyə verməkdən ibarətdir. Vaxt gələcək, kimin bu möhtəşəm ölkəyə rəhbərlik etməyə layiq olduğunu deyə biləcəyəm”, - deyə V. Putin vurğulayıb.

 

 





30.06.2021    çap et  çap et