MEK fondlarının zənginləşdirilməsi istiqamətində mütəmadi olaraq AMEA-nın müəssisələrindən, yerli və xarici təşkilatlardanyeni nəşrlər daxil olmaqda davam edir.
525.az xəbər verir ki, bu günlərdə kitabxanaya Nyu-Yorkdan, Çindən, Yaponiyadan, Avstriyadan, Almaniyadan eyni zamanda İngiltərədən nəşrlər təqdim olunub.
Nəşrlər sırasında Avstriyadan “JAHRBUCH 2020.Geologische Bundesanstalt”, Yaponiyadan “Japan‘s İnvestigation of Central and South China in the Pre-WWII Era”, İngiltərənin Kembric Universitetindən “The Royal Society of Edinburgh. Proceedings Section A Mathematics”, Nyu-Yorkdan “The Violence Of Climate Change”, “Sentencing Fragments”, “Rape Culture and Spiritual Violence”, “Pathways, Potholes, And The Persistence of Women in Science”, “Moral Talk. Across the Lifespan” və digərləri yer alıb.
çap et