525.Az

“Anadolu Qartalı - 2021” uçuş təlimindən - VİDEO


 

“Anadolu Qartalı - 2021” uçuş təlimindən - <b style="color:red">VİDEO</b> “Anadolu Qartalı - 2021” beynəlxalq taktiki-uçuş təlimi çərçivəsində keçirilən “Yüksək səviyyəli müşahidəçi günü”ndə Azərbaycan Hərbi Hava Qüvvələri komandanının müavini general-mayor Namiq İslamzadə də  iştirak edib.

Müdafiə Nazirliyindən 525.az-a verilən məlumata görə, əvvəlcə təlimin məqsədi, pilotların hazırlığı, yerləşməsi, cəlb edilən qüvvələr, icra edilən tapşırıqlar, aviasiya vasitələrinin uçuşu və istifadəsi barədə brifinq təqdim olunub. Sonra qonaqlar Türkiyə Silahlı Qüvvələrinin məşhur “Mehtəran” birliyinin “Mehtər marşı”nı və Türkiyə Hərbi Hava Qüvvələrinin “Solo Türk” və “Türk Ulduzları” aviaqrupuna daxil olan F-5 və F-16 tipli təyyarələrinin nümunəvi uçuşlarını izləyib.

Sonda qonaqlar simmulyasiya mərkəzi ilə də yaxından tanış olublar. Türkiyə Hərbi Hava Qüvvələrinin komandanı ordu generalı Hasan Küçükakyüz təlimlərdə iştirak edən pilotların hazırlığını yüksək qiymətləndirib və onlara fəaliyyətlərində uğurlar arzulayıb.

 





01.07.2021    çap et  çap et