525.Az

"Pandemiya səbəbindən turizmdə 80 faiz azalma müşahidə edilib"


 

"Pandemiya səbəbindən turizmdə 80 faiz azalma müşahidə edilib"<b style="color:red"></b>

Pandemiyanın təsirləri nəticəsində dünya turizmində 73 faiz azalma müşahidə edilib. Azərbaycanda isə bu, təxminən 80 faiz olub. Artıq sərhədlər açılıb. İnanırıq ki, ölkəmizə gələcək əcnəbi vətəndaşların sayı çoxalacaq.

525.az xəbər verir ki, bu sözləri iyulun 1-də “Regional İnnovativ Turizm Məhsulu” (RİTM) sahibkarlıq proqramının təqdimat mərasimindən sonra təşkil edilən mətbuat konfransda Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə deyib.

O söyləyib ki, 2023-cü ildə ümumilikdə turizm sahəsindəki rəqəmlərin təxminən 2019-cu ildəki rəqəmlərə yaxınlaşacağı gözlənilir: “Həmin il Azərbaycana 3 milyon 170 min əcnəbi gəlmişdi, 2020-ci ildə 10 faiz artım gözlənilirdi. Həmin il yanvar-fevralda əvvəlki ilin dövrü ilə müqayisədə 15 faiz artım olmuşdu, lakin daha sonra pandemiya oldu. Ötən il daxili turizm 3 milyona yaxın səfər itirmişdi, bu il bu, bərpa olur, artıq xaricdən gələnlərin sayı da artır. Məsələn, may ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə artım olub”.

 





01.07.2021    çap et  çap et