|
|
|
|
525.az xəbər verir ki, məlumata görə, 2020 və 2021-ci illərdə qlobal iqtisadiyyata pandemiyanın zərəri, sektordakı hadisələr səbəbindən 4 trilyon dolları keçə bilər. Birləşmiş Millətlər Ticarət və İnkişaf Konfransı (UNCTAD) və Dünya Ticarət Təşkilatı (UNWTO) tərəfindən yayımlanan hesabatda, ziyanın xüsusilə iqtisadiyyatı turizmə bağlı inkişaf etməkdə olan ölkələr üçün böyük və uzunmüddətli olacağı bildirilib.
Hesabatda 2020-ci ildə pandemiya səbəbindən turizm sektorundakı itkinin 2,4 trilyon dollara çatdığı qeyd edilib. Turizmin keçən il 1990-cı illər səviyyəsinə qədər gerilədiyi və 2023-cü ilə qədər sektorda irəliləyişin gözlənilmədiyi bildirilir.
COVID-19 peyvənd proqramının ABŞ və Avropada sürətlə irəlilədiyi halda Asiya, Afrika və Latın Amerikası kimi az gəlirli ölkələrdə geridə qalması da tənqid olunur.
El Roman