525.Az

Dünyanın ən yaşlı insanı kimi “Ginnes”ə düşdü - Foto


 

Dünyanın ən yaşlı insanı kimi “Ginnes”ə düşdü - <b style="color:red"> Foto </b> 112 yaşlı Puerto-Rikolu Emilio Flores dünyanın ən yaşlı insanı seçilib.

525.az xəbər verir ki, 1908-ci ildə anadan olan Flores "Ginnes" tərəfindən tanınmış ən yaşlı kişi olaraq təsdiqlənib. Dostları arasında "Don Milo" kimi tanınan Emilio uzunömürlülüyün sirrinin mərhəmətdə olduğunu deyib:

"Atam məni sevgi ilə böyüdüb və hər kəsi sevməyi öyrədib. Həmişə mənə və qardaşlarıma yaxşılıq etməyi, hər şeyi başqaları ilə paylaşmalı olduğumuzu söyləyib".

11 uşağlı ailənin birinci oğlu olan Flores, ailənin şəkər qamışı təsərrüfatında çalışdığını və cəmi üç il təhsil aldığını bildirib. Markesdən əvvəl Rumıniyalı Dmitri Komanesku, 111 yaşında vəfat edən ən yaşlı insan idi.

 

Firuzə Əliyeva

 


 

 





02.07.2021    çap et  çap et