525.Az

IEA: Azərbaycan regional qaz mərkəzinə çevrilə bilər


 

IEA: Azərbaycan regional qaz mərkəzinə çevrilə bilər<b style="color:red"></b>

Azərbaycan sabit neft-qaz bazarı yaradaraq, vacib və etibarlı neft-qaz ixracatçısına çevrilib.

Bu barədə 525.az Beynəlxalq Enerji Agentliyinin (IEA) hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, Azərbaycanın beynəlxalq əhəmiyyətli nailiyyəti Cənub Qaz Dəhlizinin (CQD) başa çatdırılması olub, hansı ki, "Şahdəniz" qaz-kondensat yanağından Türkiyə ərazisi ilə Avropaya nəql etməsini və sonuncuya qaz təchizatı marşrutlarının şaxələndirilməsinə imkan yaradıb.

"Neft və təbii qaz Azərbaycanın ixrac gəlirlərinin təxminən 90%-ni təşkil edir və dövlət büdcəsinin təxminən 60%-ni təmin edir. Bundan başqa, bunlar (neft və qaz – red.) ölkədə ilkin enerjinin 98%-ni, elektrik enerjisinin isə 90%-dən çoxunu təmin edir. Neft və bu yaxınlardan etibarən qaz 1990-cı illərin sonlarından bəri Azərbaycanda yaşayış səviyyəsinin nəzərəçarpacaq dərəcədə yüksəlməsinə əhəmiyyətli dərəcədə səbəb olub", - hesabatda deyilir.

Sənəddə həmçinin qeyd olunub ki, CQD-nin buraxılış gücünün artırılması ilə dəhliz çərçivəsində qazın nəqli iki dəfə yüksələ bilər ki, bu da Azərbaycanın regional qaz mərkəzinə çevrilməsinə şərait yaradacaq.

Xatırladaq ki, CQD-yə Cənubi-Qafqaz, Trans-Anadolu (TANAP) və Trans-Adriatık (TAP) qaz kəmərləri daxildir. Hazırda dəhlizin illik buraxılış gücü 16 mlrd. kubmetrdir.

 





02.07.2021    çap et  çap et