525.Az

Kürdəmirdə bahar və ədəbiyyat havasında bir görüş


 

Kürdəmirdə bahar və ədəbiyyat havasında bir görüş<b style="color:red"></b>

Uzun zaman idi ki, rayonumuza getmirdim. Qışı yayı haqqında iddialarım böyük olmasa da, Kürdəmirin yazının qədər gözəl olduğunu ürək rahatlığı ilə yaza bilərəm. Hamının isti havaya həsrət qaldığı bir vaxtda Aran zonasında, əsasən Kürdəmirdə qollarını açıb insanları qucaqlayır günəş. Bu yaxınlarda, belə günəşli günlərdən birində Kürdəmirə getdim. Paytaxtın qaynar mühitindən, tıxaclı yollarından, səs-küyündən, rəngarəngliyindən çıxıb küçələrində tək-tük adam görünən, sakit, səssiz əyalət mühitinə düşmək etiraf edim ki, məni yaman darıxdırdı. qədər yorulsaq da, bəzən işlərin çoxluğundan bezsək , adi bir kino, teatr bleti ilə üzümüzü güldürə, şəhərimizdə gündən-günə artan kitab klublarında çayımızı qurtumlaya-qurtumlaya yeni nəşr olunan kitablarla tanış ola-ola çırpa bilirik yorğunluğun tozunu üstümüzdən. 

Pəncərəyə söykənib əyalət mühitinin necə darıxdırıcı olması haqqında monoloq söyləyirdim ki, anamın təlaşı, əlindəki qarış-quruş vərəqləri tez-tez sahmana salıb yenidən dağıtması, evin hər künc-bucağını zəbt eləmiş kitablar diqqətimi çəkdi. Uzun uzadı suallarımdan sonra məlum oldu ki, AMEA Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran Regional şöbəsi növbəti dəfə rayon sakinlərini bir araya toplamağa hazırlaşır. Anladığım qədəri ilə bu dəfə səbəb səbəbkar demək olar ki, bütün rayon sakinlərinin daha çox da gənclərinin ürəyincə idi. Onlar, kitablarını sevə-sevə oxuduqları, sevimli yazıçıları, Çingiz Abdullayevlə görüşəcəkdilər.

Təbii ki, bu Muzeyin rayonumuzda keçirdiyi ilk tədbir deyildi. Aran regional şöbəsi dəfələrlə tanınmış musiqiçilərin, xanəndələrin, aşıqların yaradıcılıq gecələrini təşkil etmiş, gələn qonaqları gözəl musiqi sədaları, şeir məclisləri ilə feyzyab etmişdi. Ancaq budəfəki ab-hava tamam başqa idi. Tədbirin təşkilatçısı aparıcısı, AMEA Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyat Muzeyinin Aran regional şöbəsinin müdiri, fəlsəfə doktoru Yaqut Bahadurqızının məclisi açarkən Viktor Hüqodan gətirdiyi misalda olduğu kimi: "Böyük insanlar dağa bənzəyir, yaxınlaşdıqca onun əzəmətini, qüdrətini daha aşkar görürsən. Kiçik insanlar isə ilğım kimidir yaxınlaşdıqca faydasızlığını, puçluğunu daha aydın görürsən". Zalda oturan seyrçilərin gözlərindəki sevincdən, məmnunluq hissindən, qarşılarındakı adamın - Çingiz Abdullayevin onlar üçün necə əzəmətli, qüdrətli biri olduğunu anlamaq elə çətin deyildi.

Tədbiri açıq elan edəndən sonra, Çingiz Abdullayevin həyat yaradıcılığı haqqında geniş məlumat verən Yaqut xanım yazıçının həyat yaradıcılığından nümunələri, əsərlərinə çəkilmiş kinofilmlərdən parçaları əks etdirən videoçarxları görüş iştirakçılarının nəzərinə çatdırdı.

Sonra söz Çingiz Abdullayevə verildi. Ədəbiyyat, kitab haqqında geniş fikirlərini oxucularla bölüşən yazıçı "Mənim kitablarımı oxumayın, amma ümumiyyətlə, kitab oxuyun" - deyərək çıxışını yekunlaşdırdı. Yazıçının zala müraciətlə: "Kimin mənə sualı var" - deməsi Çingizsevərlər üçün lap göydəndüşmə oldu. qısa zaman ərzində zalda böyük diskussiya - fikir mübadiləsi başladı. Kimi yazıçıya suallarını ünvanlayır, kimi oxuduğu kitabları haqqında fikirlərini bildirirdi. Ən maraqlısı isə, təcrübəli dil-ədəbiyyat müəllimi, "Tərəqqi" ordeni almış Əsbət Musayevanın Çingiz Abdullayevə ünvanladığı oxucu məktubu idi.

Qaynar dialoqlarla 2 saat davam edən tədbir sonda yazıçının kitablarının açıq satışı ilə yekunlaşdı. Yəqin ki, müəllif tərəfindən imzalanan bu kitablar hər bir tədbir iştirakçısının kitab rəfində öz xüsusi yerini tutacaq. Sonda yazıçı görüş təşəbbüsünə görə Muzeyin direktoru professor Rəfael Hüseynova, Muzeyin Aran regional şöbəsinin direktoru Yaqut Bahadurqızına, tədqiqatçı Təbəssüm Muxtarovaya tamaşaçılara təşəkkürünü bildirib, onlara yeni görüş vəd etdi.

 NƏRMİN

 





08.04.2014    çap et  çap et