525.Az

“Eyni millətdən olsaydıq, Moskvada Ukrayna bayrağı dalğalanardı”


 

“Eyni millətdən olsaydıq, Moskvada Ukrayna bayrağı dalğalanardı” <b style="color:red"></b>

Xalqdan gələn suallar proqramında "Mən ukraynalıları və rusları vahid millət kimi görürəm", - deyən Rusiya Prezidenti Vladimir Putinin açıqlamasına Zelenskinin cavabı gecikməyib.

525.az xəbər verir ki, Putin suallara cavab verərək bildirib ki, Ukrayna düşmən ölkələr siyahısında deyil. Mən ukranları və rusları yeganə millət hesab edirəm. Amma Ukrayna rəhbərliyi Rusiyaya düşməndir. Kiyev Administrasiyasının Ukraynadakı ruslara münasibəti kütləvi qırğın silahlarının tətbiqinə bənzəyir.
Putinıə cavabında Ukrayna Prezidenti Vladimir  Zelenski KİV-ə açıqlamasında bildirib ki, ruslar və ukranlar arasında ümumi cəhətlər çoxdur. Tariximizin bir hissəsi ümumidir - faşizm üzərində ümumi qələbəmiz və faciələrimiz var, amma bu bizim eyni millətdən olmağımız demək deyil:

"Əgər ukranlar və ruslar bir millət olsaydılar, Moskvada Rusiya Dövlət Dumasında Ukrayna bayrağı dalğalanardı və orada Grivna (Ukrayna valyutası) istifadə edilərdi".

Putinin bəyanatına Ukraynanın xarici işlər naziri Dmitri Kuleb də reaksiya verib. "Əgər Rusiya 2014-cü ildə Ukraynaya hücum edib minlərlə insanı öldürərək ərazimizə daxil olmasaydı, biz yaxşı qonşular kimi yaşayardıq", - deyə o sosial şəbəkələrdəki hesablarından paylaşım edib.

Nadir Yalçın

 





02.07.2021    çap et  çap et