525.Az

ABŞ hərbçilərini Əfqanıstandan çıxarmağa tələsmir


 

ABŞ hərbçilərini Əfqanıstandan çıxarmağa tələsmir<b style="color:red"></b>

“Mətbuatda yayılan xəbərlərə baxmayaraq, ABŞ hərbçilərinin Əfqanıstandan çıxarılması yaxın bir neçə gündə yekunlaşmayacaq”.

525.az report-a istinadən xəbər verir ki, bunu Amerika lideri Cozef Bayden bəyan edib.

“Biz tam olaraq cədvələ uyğun hərəkət edirik, hazırda planlaşdırdığımız nöqtədəyik. Bütün hallarda ABŞ hərbçilərinin bir qismi bu ölkədə (Əfqanıstan - Red) qalacaq”- deyə Bayden qeyd edib.

Qeyd edək ki, ABŞ səfirliyini və Kabildəki beynəlxalq hava limanını qorumaq üçün mindən az amerikalı hərbçi Əfqanıstanda qalacaq.

 





02.07.2021    çap et  çap et