525.Az

Azərbaycan və Türkmənistan XİN başçılarının telefon danışığı olub


 

Azərbaycan və Türkmənistan XİN başçılarının telefon danışığı olub<b style="color:red"></b>

İyulun 3-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Türkmənistan xarici işlər naziri Rəşid Meredov arasında telefon danışığı olub.

525.az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkmənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Xarici işlər nazirləri qarşılıqlı maraq doğuran məsələləri, o cümlədən ali siyasi səviyyədə əldə olunmuş razılaşmaların reallaşdırılması məsələlərini müzakirə ediblər.

Tərəflər iki ölkənin Xarici İşlər Nazirlikləri xətti, o cümlədən müvafiq nazirliklər arasında qarşılıqlı əlaqənin saxlanılmasının vacibliyini vurğulayıblar. elefon danışığında tərəflər regional və beynəlxalq formatda məhsuldar əməkdaşlığı qeyd ediblər. Bu kontekstdə nazirlər Azərbaycan, Türkmənistan və Türkiyə dövlət başçıları səviyyəsində bu il planlaşdırılan görüşün əhəmiyyətini vurğulayıblar.

 





04.07.2021    çap et  çap et