525.Az

Şəhid ailəsinə ordenlə medal təqdim edildi - Foto


 

Şəhid ailəsinə ordenlə medal təqdim edildi -<b style="color:red"> Foto</b>

Bu gün Vətən müharibəsinin şəhidi Həmidağa Hüseynzadənin ailə üzvlərinə “Vətən uğrunda” medalı və “Qarabağ” ordeni təqdim edilib.

525.az xəbər verir ki, təqdimetmə mərasimində Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kadrlar və kadr hazırlığı baş idarəsinin rəisi, general-mayor Azad Əliyev və digər şəxslər iştirak ediblər.

Hərbi təltifləri şəhidin valideynlərinə təqdim edən icra başçısı Elşad Həsənov qeyd edib ki, Vətən müharibəsinin şəhidləri öz adlarını Azərbaycan tarixinə qızıl hərflərlə yazdırıblar və Azərbaycan xalqı daima onları xatırlayacaq. O, söhbət zamanı şəhid ailəsinin qayğı və problemləri ilə maraqlanıb və onlara hər zaman dəstək olacaqlarını bildirib.

 





05.07.2021    çap et  çap et