525.Az

Yaşayış binasında yanğın baş verib


 

Yaşayış binasında yanğın baş verib<b style="color:red"></b> Bakıda doqquzmərtəbəli binada yanğın baş verib.

525.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Nərimanov rayonunda doqquzmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsinin pilləkən qəfəsində quraşdırılmış 7 ədəd elektrik sayğacı yanıb.

Yaxınlıqdakı mənzillər yanğından mühafizə olunub. Yanğın saat 14:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
 





08.04.2014    çap et  çap et