525.Az

Prezident İlham Əliyev Rusiya Prezidentinə başsağlığı verib


 

Prezident İlham Əliyev Rusiya Prezidentinə başsağlığı verib<b style="color:red"></b>

Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə başsağlığı verib.

525.az xəbər verir ki, başsağlığı mətnində deyilir:

"Hörmətli Vladimir Vladimiroviç.

Kamçatkada An-26 təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı barədə xəbər məni dərindən kədərləndirdi.

Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Rusiya xalqına səmimi qəlbdən başsağlığı verirəm".

 





06.07.2021    çap et  çap et