525.Az

Günel Əsgərova “Qonağım ol” rubrikasının qonağı olacaq


 

Günel Əsgərova “Qonağım ol” rubrikasının qonağı olacaq<b style="color:red"></b>

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının həyata keçirdiyi tədbirlər çərçivəsində “Qonağım ol” rubrikasının növbəti qonağı yazıçı-ssenarist Günel Əsgərova olacaq.

525.az xəbər verir ki, layihənin həyata keçirilməsində əsas məqsəd, oxucu və müəlliflər arasında virtual görüşlərin keçirilməsini təmin etmək, yazıçının yeni kitablarını oxuculara tanıdılmasına şərait yaratmaqla uşaqların intellektual səviyyəsinin inkişafında kitabxanaların rolunu qeyd etməkdir.

Günel Əsgərova “Xanın üç qızı” adlı azərbaycan və rus dillərində nəşr olunmuş maraqlı nağıl kitabının müəllifidir.

Yazıçı “Xanın üç qızı” adlı nağılını öz doğma vətəni Azərbaycana, onun səfalı, gözəl guşələrindən olan Qarabağa həsr edib. Nağılda gerçək həyat – Azərbaycan xalqının mərkli düşmənləri ilə qəhrəman mübarizəsi əks olunub. “Xanın üç qızı” nağılı oxucuları Azərbaycanın tarixinə - xanlıqlar dövrünə səyahətə aparır.

10 nağılın müəllifi olan gənc yazarın anasına həsr etdiyi ilk nağıl əsəri “Sülh tütəyi” adlanır. Nağıl Kanadada keçirilən nağıl ssenariləri müsabiqəsində qalib olaraq Torontodakı festivalda təqdim edilmişdir.

“Qonağım ol” rubrikası əsasında reallaşacaq görüş çərçivəsində, oxucular, canlı yayım vasitəsi ilə uşaq yazarı ilə onlayn görüş, diskussiya aparmaq və həmsöhbət olmaq imkanı əldə edəcəklər.

Qeyd edək ki, onlayn görüş iyulun 09-da saat 14:00-da kitabxananın “Instagram” sosial şəbəkəsi üzərindən baş tutacaq.

 





07.07.2021    çap et  çap et