525.Az

"Teymur Əhmədov" biblioqrafiyasının yeni nəşri


 

"Teymur Əhmədov" biblioqrafiyasının yeni nəşri<b style="color:red"></b>

M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının "Azərbaycanın tədqiqatçı alimləri" seriyasından tərtib etdiyi növbəti biblioqrafiya görkəmli ədəbiyyatşünas alim, publisist, filologiya elmləri doktoru, professor Teymur Əkbər oğlu Əhmədovun 90 illiyinə həsr edilib.

Teymur Əhmədov haqqında ilk biblioqrafiya 2005-ci ildə professorun anadan olmasının 75 illiyi münasibətilə AMEA-nın Mərkəzi Elmi Kitabxanası tərəfindən (Teymur Əkbər oğlu Əhmədov: biblioqrafik məlumat toplusu / Tərt. ed. İ.Səfərov; red. N.Rüstəmli.  Bakı: Nurlar, 2005.  184 s.) nəşr edilmiş, yenidən işlənib əlavələr edilən ikinci nəşri isə 2007-ci ildə çapdan çıxmışdı.

Professor Teymur Əhmədovun geniş və çoxşaxəli yaradıcılığı nəzərə alınaraq 90 illik yubileyi münasibətilə Azərbaycan Milli Kitabxanası tərəfindən yeni biblioqrafik göstəricinin tərtib edilməsi qərara alınıb.

1957-2021-ci illəri əhatə edən bu biblioqrafiya daha da təkmilləşdirilib, yeni bölmələr və yarımbölmələr əlavə edilib.

Azərbaycan, rus və digər dillərdə ədəbiyyatı əhatə edən göstəricidə Teymur Əhmədovun əsərləri - kitabları, dövri mətbuatda, məcmuələrdə çap olunmuş əsərləri, habelə həyat və yaradıcılığını əks etdirən zəngin material toplanıb.

 





07.07.2021    çap et  çap et