525.Az

Media orqanları digər KİV-in materialından istinadsız istifadə edə bilməyəcək


 

Media orqanları digər KİV-in materialından istinadsız istifadə edə bilməyəcək<b style="color:red"></b>

Azərbaycanda KİV-lərin digər media orqanlarına məxsus informasiyalardan hansı hallarda istifadə edə biləcəyi açıqlanıb.

525.az Report-a istinadən xəbər verir ki, “Media haqqında” yeni qanun layihəsində qeyd edilib ki, abunəlik və müqavilə olmadıqda media subyekti mütləq digər media subyektinin informasiyasının üçdə birinə (1/3) istinad etməklə istifadə edə bilər.

Bununla da media subyektində yayımlanan eksklüziv, özəl xəbərləri olduğu kimi digər media subyekti öz adından verə bilməz. Mütləq həmin informasiyanın istinad edilməklə üçdə birindən (1/3) istifadə edilməlidir.

 





07.07.2021    çap et  çap et