525.Az

Mikayıl Cabbarovdan "subsidiyalaşdırılma məbləği" açıqlaması


 

Mikayıl Cabbarovdan "subsidiyalaşdırılma məbləği" açıqlaması <b style="color:red"></b>

Azərbaycanda pandemiyadan zərər çəkən sahələrə dəstək tədbirləri çərçivəsində mövcud kredit portfeli üzrə faizlərin subsidiyalaşdırılması mexanizmi üzrə sahibkarlardan indiyədək 5 463 müraciət daxil olub.

525.az xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında yazıb. O əlavə edib ki, bunlardan 4 497-nə (82,3%) subsidiyanın verilməsi barədə müsbət qərar qəbul edilib.

"Təsdiqlənən subsidiyanın məbləği 57 mln. manatdır", - nazir qeyd edib.

 





07.07.2021    çap et  çap et