525.Az

“Sədərək” ticarət mərkəzini alt-üst edən şəxs tutuldu


 

“Sədərək” ticarət mərkəzini alt-üst edən şəxs tutuldu<b style="color:red"></b> Bakıda oğurluqla məşğul olan şəxs tutulub.
 
Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, martın 31-də «Sədərək» ticarət mərkəzində Lənkəran şəhər sakini Mehman Məmmədov diqqəti yayındırmaqla, Türkiyə vətəndaşı Yalıç Ərdala məxsus mağazanın kassasından 350 manat oğurlayıb.
 
Müəyyən edilib ki, o, fevralın 18-də Adil İbrahimova məxsus mağazadan 960 manat, fevralın 26-da Ramiz Tağıyevə məxsus mağazadan 4000 manat, martın 25-də Əbülfət Qasımova məxsus mağazadan 1300 manat, 400 ABŞ dolları, aprelin 7-də Mənsur Məmmədova məxsus mağazadan 300 manat, dekabrın 8-də Əbdül İsmayılova məxsus mağazadan 3500 manat da oğurlayıb.
 
M.Məmmədov Qaradağ RPİ 10-cu PB-nin əməkdaşları tərəfindən yaxalanıb.
 





09.04.2014    çap et  çap et