525.Az

Qətər turist vizalarının verilməsini bərpa edəcək


 

Qətər turist vizalarının verilməsini bərpa edəcək<b style="color:red"></b>

Qətər iyulun 12-dən keçən il koronavirus pandemiyası səbəbindən dayandırılmış olan ailə və turist vizalarının verilməsini bərpa edəcək.

525.az Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin "Twitter" səhifəsində deyilir.

Məlumatda bildirilir: "Qətərə səyahət və qayıtmaq üzrə dövlət siyasətinin yenilənməsi, həmçinin Səhiyyə Nazirliyinin koronavirusla bağlı son tövsiyələrini nəzərə alaraq iyulun 12-dən ailə və turist vizalarının verilməsini bərpa etmək qərarı qəbul edilib".

Qeyd edək ki, daha əvvəl Qətərin Səhiyyə Nazirliyi iyulun 12-dən başlayaraq Qətərə giriş üçün yeni qaydaları açıqlayıb.

 





08.07.2021    çap et  çap et