525.Az

Dağ aslanları üçün 65 milyon dollarlıq yeni layihə - Foto


 

Dağ aslanları üçün 65 milyon dollarlıq yeni layihə -<b style="color:red"> Foto</b>

ABŞ tədqiqatçıları 15 ildən sonra nəslinin kəsiləcəyi təxmin edilən dağ şirlərini qorumaq üçün yeni bir layihəyə başlayıblar. Yaşayış sahələrini ikiyə bölən, hər gün 300 min avtomobilin keçdiyi magistral yol səbəbindən qida tapa bilməyən şirlər üçün yaşıl körpü inşa ediləcək. Mütəxəssislər layihə üçün 65 milyon dollara ehtiyac olduğunu bildirib və bir kampaniya başladıblar.

525.az xəbər verir ki, Santa Monika dağlarında 101 nömrəli magistral yolda inşa ediləcək körpü Kaliforniya Nəqliyyat Departamenti tərəfindən inşa edilsə də, maliyyələşdirilməyə ehtiyacı var.  Mütəxəssislər bildirib ki, "dağ aslanları magistral yol səbəbindən digər yoldaşlarına çata bilmir. Onların heç biri digər əraziyə daxil ola bilmir. Nəticədə onlar öz qohumları ilə cütləşməli olur və bu onların genetik müxtəlifliklərini riskə atır”.

Digər tərəfdən yeni körpü dağ şirlərindən başqa, digər böyük pişik, çaqqal, maral, kərtənkələ ilan və digər canlılara da etibarlı bir yol olacaq. Körpünün inşası üçün lazım olan 65 milyon dollardan 38 milyonunun toplandığı açıqlanıb. Qalan pulun toplanacağı və tikintinin 2025-ci ilə qədər tamamlanacağına ümid edilir.

 
Firuzə Əliyeva

 





09.07.2021    çap et  çap et