525.Az

Azərbaycandan kosmosa turist səfərinə kim gedəcək? - Foto


 

Azərbaycandan kosmosa turist səfərinə kim gedəcək? -<b style="color:red"> Foto</b>

Bun gün bəşəriyyət üçün ən önəmli günlərdən biri oldu. Azərbaycandan kosmosa turist səfərinə ilk dəfə kim gedəcək?

525.az xəbər verir ki, bu sözləri Azərbaycan İnternet Formunun Prezidenti Osman Gündüz öz feysbuk hesabında paylaşıb. Paylaşımda deyilir:

“Bu gün ilk dəfə kosmosa turist uçuşlarına, kosmik turizmə start verildi. 
Britaniyalı milyarder Riçard Branson 17  illik hazırlıqdan sonra bu gün kosmosa qalxa bildi. Onun rəhbərlik etdiyi Virgin Galactic şirkətinin VSS Unit22 kosmik gəmisi 5 nəfərlik heyətlə kosmik orbitin sərhəddinədək, 90 km məsafəyədək  yaxınlaşa biliblər. 10 dəqiqəlik uçuşdan, çəkisizlik mühitindən sonra kosmik gəmi pilot idarəetməsi ilə uğurla yerə eniş enib.  Kosmik gəmini 15 km məsafəyədək Virgin Galactic-in Eve təyyarəsi daşıyıb.

Virgin Galactic artıq kosmosa uçuş üçün 650 biletin satıldığını bildirib. 
Bir nəfər üçün biletin qiyməti 250 000 dollardır. Uzun müddətdir ki , digər bir milyarder, Cef Bezos da Virgin Galactic-ə rəqib olan Blue Origin şirkətini qurmaqla kosmik turizmə hazırlaşır. Uçuşun məhz bu ayın 20-si “New Shepard” gəmisi ilə reallaşacağı gözlənilir.

Britaniyalı milyarder Riçard Branson dünyanın ən varlı adamı və “Amazon”un keçmiş rəhbəri Cef Bezosdan daha əvvəl uçmaq üçün bütün resurslarını cəlb etmişdi.
Və cəmi 9 gün Bezosu qabaqlaya bildi.
Bununla belə Britaniyalı biznesmen prinsiplərini də qorumağı bacaran olub. 
Bir neçə illər öncə bu uçusların hazırlığına start veriləndə Camal Qaşıqçının öldürülməsi ilə bağlı Səduyyənin 1 milyardlıq yatırımından da imtina etməyi bacarmışdı.

Kosmosa turist səfərləri təşkil etməyi planlaşdıran digər şirkətlərdən biri də İlon Maskın rəhbərlik etdiyi  “SpaceX” şirkətidir. Hələlik Mask pulu Starlink layihəsinə, 13 min mini telekommunikasiya peyki buraxmaqla bütün yer kürəsini internetlə təmin etməyə yönəldib.

Maraqlıdır ki, Bezos kosmosun sərhədinin , beynəlxalq normalara uyğun olaraq 100km -dən başladığını bildirən status paylaşmaqla Branson-un səyahətini kosmik deyil, adi səyahət olduğunu bildirsə də, ona uğurlar arzulayıb. İlon Mask isə uçuşdan öncə dəstək məqsədilə Brensonla görüşüb bir tvit də atıblar.

Güman ki, yaxın zamanlarda Azərbaycandan kosmosa turist səfərinə ilk dəfə kimin gedəcəyi də bəlli olacaq. Beləliklə, bu günkü gün tarix dərsliklərinə və elmi ədəbiyyata kosmosla bağlı yeni dövrün başlanğıcı kimi daxil olacaq.

Düşünürəm ki, bununla da kosmik yarış yeni mərhələyə, biznes mərhələsinə daxil olacaq. Kosmik resursların bölüşdürülməsi, kosmik tədqiqatlar sürətlənəcək. Kosmik turizm dolayısıyla digər sahələrin inkişafına start verəcək.
Güman etmək olar ki, bununla bəşəriyyət bəlkə də kainatın daha çox sirlərini aça biləcək”

 





11.07.2021    çap et  çap et