525.Az

“Qonağım ol” rubrikasının qonağı Günel Əsgərova oldu


 

“Qonağım ol” rubrikasının qonağı Günel Əsgərova oldu<b style="color:red"></b>

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının həyata keçirdiyi tədbirlər çərçivəsində “Qonağım ol” rubrikasının növbəti qonağı yazıçı-ssenarist Günel Əsgərova olub.

Bugünkü görüşün əsas məqsədi gənc yazarla oxucular arasında virtual görüşü təmin etmək, diskussiya aparmaq və həmsöhbət olmaq imkanını yaratmaqdır, həmçinin gənc yazarın yeni kitablarının oxuculara tanıdılmasına şərait yaratmaqla uşaqların intellektual səviyyəsinin inkişafında kitabxanaların rolunu qeyd etməkdir.

“Qonağım ol” rubrikası əsasında reallaşan görüş çərçivəsində, Günel Əsgərova oxucuların “Siz uşaqlara nağıllarımızda nəyi öyrənməyə və fərqləndirməyə kömək edirsiniz”, “ Mükəmməl nağıl danışmaq üçün nələri məsləhət görürsuz”, “Xəzri, Banu və Mələk əsl Azərbaycan xanımı obrazlarıdırmı”, “Yazacağınız növbəti nağıllarda hansı mövzulara müraciət edəcəksiniz”, “Dərs tədris etdiyiniz universitetlərdə tələbələrin, gənclərin istək və gözləntiləri nələrdir”, “Harri Potter tipli kitablar yazmağı düşünürsünüzmü”, “Sizcə uşaqlar necə yaşından qorxulu nağıllar oxumalıdır” kimi müxtəlif sualları cavablandırdı. O, həmçinin oxucular üçün müəllifi olduğu əsərlərdən parçalar da oxuyub.

Gənc yazıçı-ssenarist, təhsilin önəmini vurğulayaraq, kitab və mütaliyənin insanın mənəviyyatının zənginləşməsindəki eyni zamanda dünyagörüşünün inkişafındakı əvəzsiz rolundan söhbət açıb.

O, valideynlərə övladlarının gələcək kariyera həyatlarında uğurlu və xoşbəxt insan olmaları üçün onlara sevdikləri və bacarıqlarının olduğu peşələri seçməkdə yardımçı olaraq dəstək olmağı tövsiyə edib.

Canlı yayıma qoşulan oxucular maraqlı görüşü təşkil etdikləri üçün Respublika Uşaq Kitabxanasına və “Qonağım ol” rubrikasının qonağı olan Günel Əsgərovaya təşəkkür ediblər.

Qeyd edək ki, onlayn görüş kitabxananın “Instagram” sosial şəbəkəsi üzərindən reallaşıb.

 





12.07.2021    çap et  çap et