525.Az

"Azərbaycanda elektron demokratiya formalaşıb"


 

"Azərbaycanda elektron demokratiya formalaşıb"<b style="color:red"></b>

 “İnformasiya kommunikasiya texnologiyalarının inkişafı, internetə azad çıxışın təmin olunması müasir demokratik cəmiyyətin əsas məqsədlərindən biridir. Müasir cəmiyyəti internetsiz, informasiyasız təsəvvür etmək belə mümkün deyil. Son 10 ildə Azərbaycanda internet resusları sürətli inkişaf yolu keçib və ölkəmizdə internetə çıxışa və ondan istifadəyə heç bir məhdudiyyət qoyulmur.

Bu fikirləri Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyası çərçivəsində aprelin 9-da keçirilən müzakirələrdə çıxışı zamanı Azərbaycanın sözügedən qurumdakı nümayəndə heyətinin üzvü Sahibə Qafarova səsləndirib.

Onun sözlərinə görə, Azərbaycan hakimiyyəti internetin əhali arasında daha geniş yayılmasında maraqlıdır və vətəndaşların internetdən daha rahat istifadəsi üçün konseptual dövlət siyasəti həyata keçirir. Hətta ucqar kəndlərin genişzolaqlı internetlə təmin edilməsi məqsədi ilə ardıcıl tədbirlər görülür:

“Buna görədir ki, Azərbaycanda internet istifadəçilərinin sayı 65%-i ötüb, ölkə post-sovet məkanında 3G, 4G tətbiq edən ilk dövlətlər sırasındadır. Əhali arasında həmçinin mobil telefonlarla internetə qoşulmaq da böyük populyarlıq qazanıb. 2013-cü il ölkədə İKT ili elan olunub”.

S. Qafarovanın dediyinə görə, artıq Azərbaycanda elektron demokratiya formalaşıb və onun bilavasitə təminatçısi olkə Prezidenti  İlham Əliyevdir.

O, həmçinin, vurğulayıb ki, Azərbaycanda “Elektron hökumət”in qurulması, ASAN xidmətin yaradılması və sürətlə genişləndirilməsi, dövlət qurumlarının və məmurların sosial şəbəkələrdə fəallığının artırılması və aparılan digər işlər bu iradənin bariz göstəriciləridir.

Kamil Həmzəoğlu

 





09.04.2014    çap et  çap et