525.Az

Çində 660-dan çox uçuş təxirə salınıb


 

Çində 660-dan çox uçuş təxirə salınıb<b style="color:red"></b>

Çinin payaxtı Pekində 660-dan çox reys təxirə salınıb. Buna səbəb aramsız güclü yağışların yağmasıdır.

525.az azvision-a istinadən xəbər verir ki, bu barədə Çin mətbuatı məlumat yayıb. Qeyd olunur ki, ümumilikdə hava limanlarında 663 uçuş ləğv edilib.

Pekində yağışlar bazar günü axşam saatlarında başlayıb. Meteoroloji Xidməti leysan yağışları ilə əlaqədar xəbərdarlıq elan edib. Sinoptiklər sabah səhərədək 100 millimetrədək yağıntının düşəcəyini, dağlıq ərazilərdə daşqın və sel riski olduğunu proqnozlaşdırır. Şəhər rəhbərliyi yağışın mümkün fəsadlarının aradan qaldırılması üçün 15 min nəfəri səfərbər edib.

 





12.07.2021    çap et  çap et