525.Az

Azərbaycan XİN İraqa başsağlığı verib


 

Azərbaycan XİN İraqa başsağlığı verib<b style="color:red"></b>

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İraq hökumətinə başsağlığı verib.

525.az-ın xəbərinə görə, bu barədə XİN-in "Twitter" səhifəsində bildirilib.

"İraqın Nasiriyə şəhərindəki Əl-Hüseyni xəstəxanasında baş vermiş yanğın bizi dərindən kədərləndirdi. Yanğın qurbanlarının ailələrinə və İraq xalqına başsağlığı veririk. Bu çətin anlarda İraq hökumətinin və xalqının yanındayıq”, - deyə qeyd olunub.

Xatırladaq ki, İraqda COVID-19 xəstələrinin müalicə olunduğu xəstəxanada yanğın baş verib. Hadisə nəticəsində 58 adam ölüb, xeyli sayda adam xəsarət alıb.

 

 





13.07.2021    çap et  çap et