|
|
|
|
Amerika Kosmik və Aviasiya İdarəsinin (NASA) prezidenti Bill Nelson, kainatda insanlar xaricində ağıllı varlıqların olduğuna və dünya ilə əlaqə quracaqlarına inandığını açıqlayıb.
525.az xəbər verir ki, NASA-nın illərdir Yerdən kənar həyat üzərində çalışdığını bildirən Nelson, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) tərəfindən keçən ay nəşr olunan UFO hesabatının gizli versiyasını gördüyünü və yadplanetlilərin gerçək olduğunu söyləyib. 78 yaşlı Nelson yadplanetlilərin varlığı ehtimalının yüksək olduğunu söyləyib və səbəb kimi kainatın yaşını və genişliyini göstərib:
“13,5 milyard yaşında və çox böyük bir kainatınız varsa, Günəşi və bizimki kimi atmosferi olan başqa bir planet üçün başqa bir şans varmı? Bu sualın cavabı mənim üçün bəlidir. Buna görə, kosmosdan ağıllı həyatın olduğuna dair bir siqnal alacağımızı düşünürəm”.
Bununla birlikdə, NASA-nın Astrobiologiya proqramına istinad edən Nelson agentliyin illərdən bəri Yerdən kənar həyat axtarış işlərində iştirak etdiyini qeyd edib.
El Roman