525.Az

Şəhər böyüklüyündə asteroidlər dünya ilə toqquşub


 

Şəhər böyüklüyündə asteroidlər dünya ilə toqquşub<b style="color:red"></b>

Mütəxəssislər tərəfindən aparılan bir araşdırmada, təqribən şəhər ölçüsündə asteroidlərin 2,5 - 3,5 milyard il əvvəl Yer kürəsi ilə toqquşduğu bildirib.
 
525.az xəbər verir ki, ABŞ-ın “Southwest” Araşdırma İnstitutu tərəfindən aparılan araşdırma nəticəsində Yer kürəsinin hər 15 milyon ildən bir şəhər ölçülü asteroidlər tərəfindən "bombardman edildiyi" ortaya çıxıb. Bu asteroidlərin dinozavrları məhv edən asteroiddən əhəmiyyətli dərəcədə böyük olduğu, zərbələrin yaratdığı kraterlərin bu günə qədər yoxa çıxdığı, lakin onların izlərinə hələ də Yer kürəsindəki şüşəli hissəciklərdə rast gəlindiyi qənaətinə gəlinib.

Kosmik təsirlərin sayı və gücü barədə ətraflı məlumatın olmamasının məsələnin gözardı edilməsinə səbəb olduğunu söyləyən alimlər, "Bu hadisələr, bəlkə də Yer səthinin və atmosferinin təkamülünü kökündən dəyişdirib", deyə bildiriblər. 

Firuzə Əliyeva

 





14.07.2021    çap et  çap et