525.Az

Günəş fırtınası sürətlə Yerə yaxınlaşır


 

Günəş fırtınası sürətlə Yerə yaxınlaşır<b style="color:red"></b>

Bu günlərdə geomaqnit günəş fırtınasının Yer atmosferini vurması gözlənilir.
 
525.az xəbər verir ki, mütəxəssislər tərəfindən yaxından təqib edilən fırtınanın Yerə doğru gəldiyi və planetin bəzi hissələrini zədələyəcəyi gözlənilir. Günəş fırtınası 1,6 milyon kilometr sürətlə Yer kürəsinə yaxınlaşır.
Mənbəsinin Günəş atmosferi olduğu bildirilən fırtına, Yerin maqnit sahəsinə əhəmiyyətli təsir göstərə bilər. Günəş fırtınaları sayəsində Yerin xarici atmosferi istiləşə bilər və peykləri birbaşa təsir edə bilər. 

Sözügedən fırtına səbəbi ilə peyklərin isinməsi GPS naviqasiya sistemləri, mobil telefon və peyk TV siqnallarında pozuntular əmələ gətirə bilər.

Firuzə Əliyeva

 





14.07.2021    çap et  çap et