525.Az

“Bakı və Tbilisinin qardaşlaşması xalqlarımızın marağına cavab verir”


 

“Bakı və Tbilisinin qardaşlaşması xalqlarımızın marağına cavab verir”<b style="color:red"></b> “Bakı günü-gündən gözəlləşir”.

525.az-ın APA-ya istinadən xəbərinə görə, bunu bu gün Bakıda səfərdə olan Tbilisi şəhərinin meri Kaxa Kaladze jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, Bakı Şəhər İcra Hakimiyyətinin şəhərin yaşıllaşmasına xüsusi diqqət ayırdığı görünür. “Bu gün Prezident İlham Əliyevlə görüşümüz oldu. Görüşdə ölkələrimiz arasında strateji əməkdaşlıq müzakirə edildi. Eyni zamanda, Bakı və Tbilisi şəhərlərinin qardaşlaşması haqqında memorandumun xalqlarımızın marağına cavab verdiyi vurğulandı”, - deyə K. Kaladze vurğulayıb.

 

 





14.07.2021    çap et  çap et