525.Az

Səfirliyimiz Macarıstan hökumətinə müraciət etdi


 

Səfirliyimiz Macarıstan hökumətinə müraciət etdi

Səfirlik bütün lazımi tədbirlərin görülməsini və faktın ciddi şəkildə araşdırılmasını istəyib

Azərbaycanın Macarıstandakı səfirliyi diplomatik missiyanın ünvanına gələn hədələrlə bağlı bu ölkənin müvafiq strukturlarını məlumatlandıraraq bütün lazımi tədbirlərin görülməsini və faktın ciddi şəkildə araşdırılmasını istəyib. Bu barədə APA-ya səfirliyin katibi Rəşad Səfərov məlumat verib. O bildirib ki, təhdidlərdən sonra səfirlik gücləndirilmiş təhlükəsizlik rejiminə keçib: “Səfirlik tam tərkibdə fəaliyyətini davam etdirir. Səfirliyin bütün əməkdaşları, o cümlədən hədə-qorxu məktubunda adları çəkilən şəxslər öz iş yerindədir”.

R. Səfərov Macarıstanın Azərbaycanla diplomatik əlaqələri dayandıracağı barədə Ermənistan mediasının informasiyasını yalan adlandırıb: “Bundan söhbət belə gedə bilməz. Macarıstan tərəfi bu haqda heç bir açıqlama verməyib”.

Xatırladaq ki, erməni terror təşkilatı ASALA-nın Azərbaycanın Macarıstandakı səfirliyinin ünvanına hədə-qorxu dolu məktub göndərdiyi bildirilib. Məktub

 





05.09.2012    çap et  çap et