525.Az

Sürətli temptə mahnılar qadağan edildi - Qeyri-adi səbəb


 

Sürətli temptə mahnılar qadağan edildi - <b style="color:red">Qeyri-adi səbəb</b>

Son 6 gündə gündəlik yoluxmanın mini keçməsi ilə Cənubi Koreyanın paytaxtı Seulda daha sərt  qaydalar tətbiq olunmağa başlayıb.

525.az xəbər verir ki, Koreya Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Agentliyindən edilən açıqlamada, son 24 saat ərzində 1100 yoluxma aşkarlandığını və sözügedən sayının bazar ertəsi gününə qədər görülən ən yüksək say olduğu ifadə edilib. Buna görə də yeni sərtləşdirmə qaydaları tətbiq olunacaq. Saat 18:00-dən etibarən 3 və ya daha çox insanın toplaşması qadağan ediləcək, gecə klubları və kilsələr bağlanacaq, xəstəxanalara və qocalar evlərinə ziyarətlər qadağan ediləcək.

Bundan əlavə, tərləmə və COVID-19-un yayılmasını məhdudlaşdırmaq üçün Seuldakı idman salonlarında sürətli temptə mahnılara qadağa qoyulub. Paytaxt və ətrafındakı idman salonlarına dəqiqədə 120 bpm-dən (musiqi tempini ölçmə dərəcəsi)  yüksək bir tempdə musiqi dinləməmələri əmri verilib. Qaçış avadanlıqları da maksimum 6 km/saat ilə məhdudlaşacaq.

Firuzə Əiyeva

 





14.07.2021    çap et  çap et