525.Az

Hindistanda “selfi” çəkənləri ildırım vurdu


 

Hindistanda “selfi” çəkənləri ildırım vurdu<b style="color:red"></b>

Hindistanın şimal əyalətlərində ildırım vurması nəticəsində 50-dən çox insan ölüb. Onlardan 16-sı qüllədə selfi çəkdirərkən dünyasını dəyişib.

İldırımın vurduğu Uttar Pradeş əyalətində ölənlərin əksəriyyəti qadınlar və uşaqlar olub. Qonşu Racəstan əyalətində də ildırım vurması nəticəsində bir çox insan həyatını itirib.
Baş nazir Narendra Modi həyatını itirənlərin ailələrinə başsağlığı verib.

Hindistanda ildırım çaxması tez-tez baş verir, lakin Hindistan Meteorologiya Xidməti 1960-cı illərdən bəri yağış ilə müşaiyət olunan ildırımın artdığını və bunun böyük ehtimalla iqlim dəyişikliyi ilə əlaqəli olduğunu söyləyib.

El Roman

 





14.07.2021    çap et  çap et