525.Az

Amazon meşələri udduğundan çox karbon yayır


 

Amazon meşələri udduğundan çox karbon yayır<b style="color:red"></b>

Yeni bir araşdırmaya görə, artan yanğınlarla ərazisi gündən-günə azalmaqda olan Amazon meşələrinin, udduğundan daha çox karbondioksit yaydığı ortaya çıxıb. 

525.az xəbər verir ki, Amazonun bəzi hissələrinin yanğın olmadan da karbon ifraz etdiyi gerçəkliyi xüsusi narahatlıq doğurub.  Tədqiqatçılar bunun hər il artan meşələrin qırılması və yanğınların nəticəsi olduğunu deyiblər. Elm adamları mal-qara yetişdirmək və soya bitkisi əkmək üçün meşələrin qəsdən yandırıldığını təyin etdiklərini bildiriblər. Ağacların azlığı 
 kəskin quraqlıq və isti dalğalar yaradır. Bu, daha çox ağacın məhvinə, eləcə də yanğına yol açması ilə nəticələnir. 

Dünyanın ən böyük tropik meşəsi olub daim artan fosil səviyyəsinin təmizləməsində kritik bir rola sahib olan Amazon üçün qəti tədbirlərin görülməsinin vacibdir. Azalan meşə ərazisinin karbonmonoksit səviyyəsini də artırdığını qeyd edilib.  Mütəxəssislər, "Amazonu xilas etmək üçün qlobal bir razılığa ehtiyacımız var", deyə qeyd ediblər.

Firuzə Əliyeva

 





16.07.2021    çap et  çap et